Gəncə Dövlət Filarmoniyasında Aşıq Ələsgərə həsr olunmuş gecə keçirildi - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
29 fevral - 2 mart tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Gəncə - Daşkəsən Regional Mədəniyyət İdarəsi, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası, Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə baş tutan "Musiqi kimliyimiz" layihəsi təntənəli gecə ilə yadda qalıb.
Layihə çərçivəsində Gəncə və ətraf rayonlarda fəaliyyət göstərən aşıqlar çıxış ediblər. Mart ayının 2-si "Azərbaycan aşıqları" adlı elmi-konfrans keçirilib. Konfransı giriş sözü ilə açan Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının direktoru, Əməkdar artist Ramil Qasımov qeyd edib ki, konfransın keçirilməsində məqsəd bizim tarixi ənənələrimizi təbliğ etmək, müasir dövrə gəlib çatmış aşıq sənətini bugünkü nəslə çatdırmaqdır. Həmçinin Əməkdar artist layihə çərçivəsində mütəmadi olaraq müxtəlif aşıqların da gecələrinin keçiriləcəyinin nəzərdə tutulduğunu bildirib. Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar incəsənət xadimi, professor Məhərrəm Qasımlı öz çıxışında bu layihənin böyük əhəmiyyətindən söhbət açıb. O, qeyd edib ki, ilk dəfə keçirilən bu layihə aşıq sənəti, aşıq yaradıcılığı üçün böyük töhfədir. Gələcəkdə aşıq sənətinin təbliği üçün mütəmadi olaraq bu cür layihələrin keçirilməsinin arzuedilən olduğunu bildirib. Konfrans iştirakçıları müxtəlif aşıq ifaçılarının həyat və yaradıcılığı ilə bağlı məruzələrlə çıxış ediblər.
Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə günün sonu Gəncə Dövlət Filarmoniyasında aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin əziz xatirəsinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. Gecədə Aşıq Ələsgərin nəticəsi Dədə Ələsgər Ocağı İctimai Birliyinin sədri Xətai Ələsgərli layihənin təşkilatçılarına təşəkkürünü bildirib.
Gecədə aşıqların çıxışı tamaşaçılar tərəfindən rəğbət və gurultulu alqışlarla qarşılanıb.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
Milli İncəsənət Muzeyində Əli bəy Hüseynzadənin həyat vəyaradıcılığına həsr olunmuş xüsusi proqram keçirilib - (Foto)
-
Tarixi Alman Lüteran kilsəsində III Beynəlxalq Opera Festivalı keçirilib - (Foto)
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
XƏBƏR LENTİ
-
Alim Qasımovdan Pünhana cavab: "Onu aldadıblar, durub danışıb"
-
İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - (Foto)
-
Zəngəzurda saxlanılan azərbaycanlı hərbçi İrəvana aparıldı
-
Azad edilən torpaqlarda çalışan müəllimlərlə görüş keçirilib - (Foto)
-
"Güləndə vicdan əzabı çəkirdim ki, utanmıram, niyə gülürəm?" - İlhamə Qasımova
-
Ardanın qiyməti rekorda qalxdı
-
Şəhidimizin adını daşıyan gəmi dronla vuruldu: Həlak olanlar Azərbaycan vətəndaşlarıdır - Təfərrüat - (Foto/Video)
-
"Belə kişidən boşanmaq lazımdır" - Nigar Mahmudova
-
Haqsızlıq görəndə susmurlar: Ədalət duyğusu ən güclü olan 3 bürc
-
Prezident İlham Əliyevin sosial media hesablarında dərman istehsalı müəssisəsinin açılışı ilə bağlı videoçarx paylaşılıb - (Video)
-
İlie Datku vəfat edib
-
Deputat Sevil Mikayılova Aruşada IPU-nun İcraiyyə Komitəsinin iclasında iştirak edib - (Foto)
-
“Yaprak dökümü”nün Hayriyesinin son halı - (Foto)
-
Sabahdan kirayə mənzil mexanizmi üzrə müraciətlərin qəbulu müvəqqəti dayandırılır
-
General Nizami Məmmədov haqda yekun qərar verildi
-
Bakıda məktəbli qətlə yetirilib, sinif yoldaşı tutulub
-
Lətif Kərimovun 120 illik yubileyi Vyanada “Azərxalça” ASC-nin xüsusi xalça sərgisi ilə qeyd olunub - (Foto)
-
“Numizmatik irsdə təbiət izləri: Orta əsr sikkələrində fauna təsvirləri” adlı mühazirə keçirilib - (Foto)
-
Sabah leysan olacaq, çaylardan sel keçəcək
-
Yağışlar bu yolu bağladı - 8 kəndə gediş-gəliş çətinləşdi
-
Bakıda iti binadan atan şəxs həbs edildi
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
-
Rusiya Xarkovu vurdu
-
Polis yük maşınını saxladı, içərisindən qadın meyitləri çıxdı





