Mədəniyyət

Qara Qarayevin ABŞ-də yaşayan nəvəsi - FOTO

14 Fevral 2024 16:24
Baxış: 1 481
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dahi azərbaycanlı bəstəkar Qara Qarayevin ABŞ-də yaşayan nəvəsi Zülfüqar Bağırovun yeni fotosu yayımlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fotonu Vəsilə Vahidqızı feysbuk hesabında paylaşıb.

Qeyd edək ki, Z. Bağırov saksofon ifaçısı, bəstəkar və cazmendir. O, məşhur Azərbaycan bəstəkarları Qara Qarayev və Zakir Bağırovun nəvəsidir. Musiqiçi Bakıda anadan olub, təhsilini Azərbaycan, Türkiyə və ABŞ-də alıb, hazırda Vaşinqtonda yaşayır. Əvvəlcə klassik klarnet ifaçısı kimi təhsil alan Z. Bağırov bədii karyerasının ilk illərində caza dərin maraq göstərib. Həmyerlimiz Vaşinqtonda bir sıra konsert proqramları ilə çıxış edir, okeanın o tayında ölkəmizi layiqincə təmsil edir. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.