Oynadığı obraza görə döyüldü, ermənilərin verdiyi addan imtina etdi: Sifəti sənədi olan aktyor
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
O səhnə yolunda sərt, kino ekranında isə qəddar, hiyləgər obrazlarla yaddaşlarda qaldı. Xatirələrdə isə hər zaman sevimli, mehriban insan kimi xatırlanır.Səhnədə nə qədər vahiməli görünürdüsə, həyatda o qədər sadə idi Məlik Dadaşov.
Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu gün Xalq artisti Məlik Dadaşovun anım günüdür.
Sevilən aktyorla bağlı maraqlı məqamları sizə tədqim edirik.
Yarımçıq qalan uşaqlıq arzusu, müharibə, uzun sürən müalicə
Məlik Dadaşov 1924-cü il iyunun 27-də Bakıda doğulub. Uşaqlıqdan incəsənətə bağlı olub. Musiqiyə gedər, kontrabasda məharətlə ifa edərmiş. Bununla belə orta məktəbi qurtarıb sənədlərini Tibb İnstitutuna verib və daxil olub. Elə ilk kursdan başa düşüb ki, onun yeri məhz səhnədir. Uğura gedən yolu heç də asan olmayıb. Müharibə, aldığı travmalar, uzun sürən müalicələr... Amma hamısının öhdəsindən gələrək sənət yoluna doğru inamla, həvəslə və böyük sevgi ilə addımlayıb Məlik Dadaşov.
Kinomuzun zəhmli Qəmlosu
Məlik Dadaşovun Azərbaycan aktyorluq məktəbinin formalaşmasında xüsusi xidmətləri var. Məlik Dadaşovu çox vaxt mənfi obrazların klassik ifaçısı hesab edirlər. Bununla belə o, müsbət obrazların öhdəsindən də məharətlə gəlirdi. "Axırıncı aşırım"dakı Qəmlo bütövlükdə kinomuzun ən dəyərli, hər zaman xatırlanan, sevərək izlənilən obrazlardandır. "Ölülər"dəki Şeyx Nəsrullah rolunu da Qəmlodan heç də geri qalmayan bir ustalıqla təqdim etdi.

"Mənim sifətim sənədimdir"
Onu Azərbaycan xalqına sevdirdiyi qədər də , ona ikrah hissi yaradan Fəryad filmi isə Məlik Dadaşov yaradıcılığında bir başqa səhifədir. "Fəryad" filmi onun taleyində böyük rol oynadı. Həmin filmdə erməni roluna çəkilməyə razılıq vermirdi. Sonra birtəhər razılıq verib. "Fəryad"dakı Məlik Dadaşova qədər heç kəs erməniyə o cürə nifrət oyada bilmir. Hətta aktyor həyatda da bu obraza görə təqiblərə məruz qalıb. Bir məcburi köçkün küçədə onu görər-görməz üzünə möhkəm şillə vurur. Digər məcburi köçkün isə onu görən kimi haray-həşir salıb onun erməni olduğunu qışqırır. Yaxınlıqda olan polis işçisi də Məlik Dadaşovu tanımadığından sənədləri tələb edib. Məlik Dadaşov isə polisə "Mənim sifətim sənədimdir" cavabını verib. Ermənilər həmin obraza görə Məlik Dadaşova "Ermənistanın Milli Qəhrəmanı" adını vermək istəyiblər. Məlik "Mən düşmənin verdiyi adı daşımaram" - deyə etiraz edib.
Qızı deyir: "Atam yaradıcılığı boyu iki rolu ifa etmək istəməyib. Erməni rolunu, bir də "Ölülər"də Şeyx Nəsrullahı. Şeyx Nəsrullahı ona görə oynamaq istəmirdi ki, özü axır vaxtlar namaz qılırdı. Deyirdi, mən Allaha ibadət eləyirəm, amma "Ölülər"də Allaha qarşı çıxıram. "Fəryad" filmində isə düşmən obrazı yaratmalı idi. Bu rolu heç oynamaq istəmirdi. Yadımdadır ki, Ceyhun Mirzəyev yalvarırdı atama, deyirdi, bu rol sizə yazılıb. Atam onun sözündən çıxmadı, yaratdı o obrazı. Ən pisi də o oldu ki, rola görə atamı Ermənistanda milli qəhrəman kimi qəbul etdilər. Atam isə AzTV-də çıxış edərək həmin addan imtina etdi: "O adı heç vaxt heç cür özümə yaraşdıra bilmərəm. Bax buna görə də mən bu rolu oynamaq istəmirdim. Bilirdim ki, nəticəsi bu ola bilər."
Bax budur aktyorun nəhəgliyi! Budur peşəkarlıq! Budur sənət!

Bənzərsiz və fərqli obrazlar qalereyası
Görkəmli aktyor "Birisi gün, gecəyarısı", "O dünyadan salam", "Hacı Qara" kimi filmlərdə də yaddaqalan və maraqlı obrazlara ekran həyatı verib.Ümumiyyətlə, Məlik Dadaşov 100-dən çox tamaşada, 50-dən çox filmdə müxtəlif çalarlı obrazlar yaradıb. O, özü haqda "mənfi tiplərin klassik ifaçısı" kimi xüsusi bir fikir formalaşdırmışdı. Elə həmin o "mənfilər" birləşərək müsbət bir Məlik Dadaşov fenomeni yaratdı! Həyatda da yaratdığı obrazlar kimi çılğın, eyni zamanda səmimi idi. Bəlkə də ona görə deyirdilər ki, Məlik müəllim bəzən ekranda, səhnədə elə özünü oynayır...

Hər zaman sevilən Məlik Dadaşov
Aktyor ömrünün son illərində S.Vurğun adına Rus Dram Teatrında çalışırdı. Bu teatrda direktor kimi çalışdığı dövrdə teatrın repertuarı xeyli zənginləşdi, sənət ocağına yeni yaradıcı qüvvələr cəlb olunmağa başladı. Məlik Dadaşov həm də çox yaxşı pedaqoq idi. Zamanında öz müəllimlərindən öyrəndiyi sənətin sirlərini bütün tələbələrinə eyni həvəs və böyük sevgi ilə aşılayırdı. Elə özündən sonra da böyük bir məktəb, zəngin obrazlar qalereyası və hər zaman sevilərək xatırlan Məlik Dadaşov imzası qoyub getdi.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)





