Mədəniyyət

Bakı Piano Festivalı çərçivəsində bədii tədbir keçirilib

30 İyun 2023 11:39
Baxış: 996
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Landmark Hoteldə Bakı Piano Festivalı çərçivəsində bədii tədbir keçirilib. Pianoçu Elçin Məmmədovun ifası altında tədbir iştirakçıları kətan və keramika üzərində öz əsərlərini yaratmışlar. Rəssamlar Dadaş Məmmədov, Eldar Babazadə və Kamilə Muradovadan ibarət Arts Council Azerbaijan komandası tədbir iştirakçıları üçün ustad dərsi keçərək, onların emosiyalarını art-obyekt şəklində necə ələ almağı nümayiş etdiriblər. Həm də gecəyə xoş əlavə olan Gilabi Ceramics keramikaçıları iştirakçılara sehrli əhval-ruhiyyə və keramika dünyasına qərq olmaq, öz unikal məhsullarını yaratmaq və rəngləmək imkanı verdilər.

Tədbir parlaq keçdi və insanlar ünsiyyət və rəsm prosesindən həzz aldılar. İnsanların eyni kompozisiyanı çəkməsinə baxmayaraq, nəticə çox fərqli və hər kəs üçün maraqlıdır. Bu, fərdi qavrayış və tədbirin təşkilatçılarının yaratdığı unikal ab-hava ilə bağlıdır.

Tədbir iştirakçıları qeyri-adi təcrübə və müsbət emosiyalarla dolu yaradıcı atmosferi qeyd ediblər. Nəticə həm təşkilatçıları, həm də iştirakçıları sevindirdi - gözə xoş gələn, parlaq rənglərə boyanmış və müsbət yük daşıyan müsbət obrazlar qalereyası.

Bakı Beynəlxalq Piano Festivalı təkcə fortepiano və klaviatura virtuozlarının sehrli ifası deyil, bu, ilk növbədə, ən tələbkar musiqisevərləri ruhlandıracaq və ovsunlayacaq, canlı emosiyalar bəxş edəcək dəbdəbəli ab-havadır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.