Akademik Milli Dram Teatrının rəhbərliyi və kollektivi II Fəxri xiyabanda Xalq artisti, görkəmli sənətkar Səyavuş Aslanın, Yasamal qəbiristanlığında isə oğlu Çingiz Aslanın məzarlarını ziyarət edib, ruhları üçün dualar ediblər.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu barədə teatr məlumat yayıb.
Bildirilib ki, teatrın bədii rəhbəri, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, Xalq artistləri Rafiq Əzimov, Nurəddin Mehdixanlı və Əli Nur çıxış edib, Səyavuş Aslanın həyatı, səhnə fəaliyyəti, Azərbaycan teatrının inkişafındakı rolu haqqında danışıblar.
Milli.Az