Mədəniyyət

Filarmoniya səhnəsində Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi - FOTO

25 Fevral 2023 20:10
Baxış: 1 348
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevral ayının 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Xocalı Soyqırımına həsr olunmuş anım mərasimi təşkil edilib. 

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə dirijor Mustafa Mehmandarovun rəhbərliyi ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər - Gülbacı İmanova) çıxış ediblər.

Anım mərasimində Qara Qarayev "Matəm odası", Əli Əlizadə "Serenata dolore", Soltan Hacıbəyov "Karvan" simfonik lövhəsi, Rauf Əliyev "Şuşanın dağları başı dumanlı" simfonik poeması, Aqşin Əlizadə 4 nömrəli "Muğamvari" simfoniyası (final) (solist-Ayaz Kərimov), Rauf Əliyev "Azadlığa gedən yollar", Aqşin Əlizadə "Azərilər" Kantatasından "Final" dinləyicilərə təqdim olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.