“START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün sərgi keçirilir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
2 Fevral - Azərbaycan Gəncləri Günüdür. 2023-cü ildə anadan olmasının 100 illik yubileyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyev Azərbaycan gəncliyinin inkişafına xüsusi diqqət yetirirdi. Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmanla təsis edilmiş Azərbaycan Gəncləri Günü bu diqqət və qayğının nəticəsidir. Qeyd etmək lazımdır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi məhz bu tarixdən sonra, 1999-cu ilin dekabrın 17-də müvafiq qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Gününü elan edib.
Azərbaycan gəncliyinin inkişafı, onların mənəvi dəyərlər əsasında tərbiyəsi və yaradıcılığının düzgün istiqamətləndirilməsi, istedadların aşkarlanması və tanıdılması "NUR Art House" qalereyası və "Arts Council Azerbaijan" QHT-nin birlikdə həyata keçirdiyi "Start" layihəsinin əsas məqsədini təşkil edir. Fevralın 1-dən sənətsevərlərin ixtiyarına verilən gənc və həvəskar rəssamların sərgisinin məramı isə incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır. Sərgidə müxtəlif mövzuda işlənən rəngkarlıq əsərləri nümayiş olunur.
Yanvarın 31-də baş tutan açılış zamanı "NUR Art House" qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə elmlər doktoru, professor Röya Tağıyeva, "Arts Council Azerbaijan" təşkilatının rəhbəri Dadaş Məmmədov çıxış edərək sərgi haqqında fikirlərini bildiriblər. "START" layihəsinin məqsəd və məramından söhbət açıblar. Təşkilatçılar sənətdə ilk addımlarını atan gənclərimizə xeyir-dua verib, Azərbaycan Gənclərini qarşıdan gələn bayram münasibətilə təbrik ediblər. Tədbirdə ziyalılarımız, diplomatik missiyaların nümayəndələri, sənətsevərlər iştirak ediblər.
Sərgidə iştirak edən gənc və həvəskar rəssamlar: Əsmər Məmmədova, Afaq Əkbərova, Elşən Rzazadə, Günəş Cəfərova, Rəvan Cabbarlı, Firəngiz Tarıverdiyeva, Fatimə Əliyeva, Reyhan Məhərrəmova, Ləman Nağıyeva, Gülparə Məmmədova, Samirə Faizova, Xəyalə Yusifova, Jalə Həsənzadə, Aytən Əkbərova, Səkinə Şərifova, Gülər Əliyeva, Çinarə Əhmədova, Eliza Qurbanova, Fidan Əmirova, Nərmin Nəsibova, Vəfa Əhmədova, Əsəd Əsgərov, Fəridə Məmmədova, Turanə Məmmədova, Zibeydə Sadıqlı, Rəna Hüseynova, Vüqar Məmmədov, Leyla Qədirova, Kamilə Nəcəf, Ksana Məmmədova, Məryan Moqbeliyeva rəngkarlıq əsərləri ilə öz daxili aləmlərini, sənətə yanaşmalarını təqdim ediblər. Onların təbiətə, cəmiyyətə, bəşəriyyəti narahat edən mövzulara münasibəti rənglərin dili ilə özünəməxsus tərzdə ifadə olunub.
"Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının və hər zaman gəncləri dəstəkləyən "NUR Art House" qalereyasının bu sərgini təşkil etməkdə əsas məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır.
Sərgi fevralın 4-nə kimi davam edəcək. Tamaşaçılar gənclərimizin əsərləri ilə İçərişəhər, Qəsr küçəsi 27 ünvanında yerləşən"NUR Art House" qalereyasında saat 11:00-18:00-dək tanış ola bilərlər.
Giriş sərbəstdir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)
-
“Mançester Siti” Haalandla bağlı qərarını verdi
-
Kamran Əliyev: "Qanunsuz gəlirlərin leqallaşdırılmasına qarşı mübarizə gücləndirilməlidir"
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Premyer Liqa "Mançester Siti" barədə açıqlama verdi
-
Kürdəmirdə ildırım 51 yaşlı kişini öldürdü
-
Təhsildə yeni maliyyə modeli: Şagird sayı az olan məktəblər bağlanacaqmı?
-
Azərbaycanla İran arasında ticarət, nəqliyyat, enerji əməkdaşlığının genişləndirilməsi müzakirə edilib - (Foto)
-
Nazirlə jurnalist arasında gərginlik yaşandı - (Video)
-
Leyla Əliyeva və Alyona Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
"Məni silkələyən ikinci belə hadisə olmayıb" - Murad Dadaşov
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Polşanın Şərq Tədqiqatları Mərkəzi: Fransa-Azərbaycan münasibətlərinin normallaşması Bakı ilə Aİ arasında daha sıx əməkdaşlığa yol aça bilər
-
Vuçiç “ofisiant” obrazında: "Bizdə NATO yoxdur" - (Video)
-
Şeyx Əbdül Mahmudbəyov xəstəxanaya yerləşdirildi





