II “4.4 Qısa Tamaşalar Festivalı”nın xronikası: 4-cü gün
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının birgə təşkilatçılığı ilə keçirilən, "Şuşa ili"nə ithaf olunmuş II "4.4 Qısa Tamaşalar Festivalı" (QTF) davam edir.
Festivalın dördüncü günü münsiflər heyətinin bir gün əvvəl nümayiş olunan Füzuli Dövlət Dram Teatrının "Tənhalığın evi",Azərbaycan Dövlət Pantomima Teatrının "Şinel" və S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının "Maneken"tamaşalarının müzakirəsi ilə başladı. Müzakirədə Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov, Xalq artisti, Türkiyə Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli bu tamaşalar haqqında fikirlərini iştirakçılara çatdırdılar. Gənc ekspertlərin adından Fatimə Qurbanzadəninçıxışı da müzakirə iştirakçılarıtərəfindən maraqla qarşılandı. Daha sonra A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında Gəncə Dövlət Kukla Teatrının "Dərdlərimin çamadanı" (müəllif Hafiz Ataxanlı, rejissor Fərmail Paşayev), S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Mühacirlər" (müəllif Slavomir Mrojek, rejissor Ümüd Abbas) tamaşaları oynanıldı. Müsabiqədənkənar proqram üzrə isə seyrçilər Azərbaycan Dövlət Akademik Musiqili Teatrında K.Marcanişvili adına Tbilisi Dövlət Akademik Teatrının "Kreyser sonatası" və Azərbaycan Dövlət Pantomima Teatrında rejissoru Ceyhun Dadaşov olan "Manqurt" tamaşalarını izləyə bildilər.
Günün əsas hadisələrindən biri də"Dünya teatrı - müasir dövrün qlobal problemləri kontekstində" mövzusunda panel müzakirə oldu. Müzakirə iştirakçıları Əməkdar incəsənət xadimi, professor İsrafil İsrafilov,Əməkdar incəsənət xadimi, professor Aydın Talıbzadə, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Laşa Çxartişvili, Teatr tənqidçisi David Bukridze, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Beynəlxalq Teatr Tənqidçilər Birliyinin prezidenti Anara Yerkebay, Teatr Tənqidçisi və The Theatre Times beynəlxalq teatr portalının Rusiya üzrə məsul redaktoru Emiliya Dementsovaçıxışları ilə bu problemin bu günü və gələcəyindən söhbət açdılar.
Xatırladaq ki, festivalın təntənəli mükafatlandırma və bağlanış mərasimi noyabrın 30-da keçiriləcək.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
“Cadu"nu görün harada gizlətdilər – (Video)
-
Toyda bəyin sevinci diqqət çəkdi - (Video)
-
Qəssablardan evdə ət bişirməyin sirri: "3-3-2-2" düsturu
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi





