“Show Me Azerbaijan” layihəsi başladı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Show Me Azerbaijan" (Mənə Azərbaycanı göstər) layihəsinə start verildi
23 noyabr 2022 İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumu, Avrasiya Regional Mərkəzinin (İƏGF Avrasiya Regional Mərkəzi) təşəbbüsü ilə bu ilin 20-27 noyabr tarixlərində "Show Me Azerbaijan" (Mənə Azərbaycanı göstər) layihəsi çərçivəsində bir qrup xarici blogerin ölkəmizə səfəri başlayıb. ABŞ, Fransa, İspaniya, İndoneziya, Qazaxıstan, Türkiyə, Misir və ümumilikdə sayı 10-dan çox ölkəni təmsil edən blogerləri qəbul edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Read Qasımov onlara bu yerin tarixi əhəmiyyəti haqqında məlumat verib. Qonaqlar İçərişəhər Qoruğu ilə tanış olaraq, tarixi abidələr haqqında məlumatlar əldə ediblər.
Daha sonra xarici blogerlər Qarabağla keçirilən təqdimatlarda iştirak ediblər. Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyev şəhər dağıntısı mənasını verən urbisid anlayışı, slaydlarla Şuşa, Füzuli, Ağdamda erməni işğalı nəticəsindən öncə və sonra dağıntıya məruz qalmış abidələr, eləcə də təmsil etdiyi qurumun son iki il ərzində tarixi abidələrinin (Üzeyir Hacıbəyovun heykəli, Şuşa Xalça Muzeyi, Şahbulaq qəsrinin) bərpası, ağıllı parkların yaradılması, çayların bərpası istiqamətində görülən işlərdən bəhs edib.
Dünya şöhrətli fotoqraf Reza Deqhati Qarabağın müxtəlif bölgələrinə etdiyi səfərlər zamanı dağıntıları əks etdirən şəkilləri nümayiş etdirərək, öz təəssüratlarını onlarla bölüşüb.
Azərbaycan Turizm Agentliyinin nümayəndəsi Nuray Əhmədova Azərbaycanın turizm potensialı və marşrutları, təbiət və istirahət məkanları, xaricdən ölkəyə səfər etmək qaydaları, eləcə də Azərbaycanın hazırda iştirak etdiyi "Ənənəvi yemək mədəniyyəti" (Slow food) beynəlxalq layihəsi haqda məlumatlar verib.
Qeyd etmək lazımdır ki, xarici blogerlər gün ərzində Bakı haqqında videolar hazırlayaraq paylaşımlar ediblər.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası prezidentinin bu ilin "Şuşa ili" elan edilməsi ilə əlaqədar bu şəhərə ediləcək səfər çərçivəsində (Show Me Azerbaijan - Beynəlxalq blogerlərin Şuşa düşərgəsi) xarici blogerləri Qarabağın təbiəti, mədəni abidələri və tarixi yerləri, xüsusilə, Şuşanın Azərbaycana aid olmasını sübut edən mədəni irsi, o cümlədən, erməni işğalının nəticəsi kimi yaşayış məntəqələrinin və mədəni abidələrin vandalizmə məruz qalması, eyni zamanda bu şəhər işğaldan azad edildikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işləri ilə tanış etmək, sonda onların səfər təəssüratlarını dünyaya yaymaqdır.
Qeyd etmək lazımdır ki, İƏGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçən il ərzində analoji tədbirlər uğurla həyata keçirilib. Belə ki, "Show Me Azerbaijan" layihəsi çərçivəsində 8 ölkədən 13 bloger, o cümlədən, ABŞ və Əlcəzairdən olan 3 tanınmış videobloger işğaldan azad edilmiş ərazilərə səfər edərək, erməni işğalı nəticəsində dağıdılmış yaşayış məskənləri, tarixi abidələr haqda hazırladıqları videoreportajları yutub kanallarında yayımlamışlar. Bu reportajlara yeddi milyondan çox insan baxmışdır. Bu ilin sonuna qədər Qarabağla bağlı blogerlərin çəkdiyi videoreportajların və onlara baxış sayının artırılması layihənin əsas məqsədlərindən biridir.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Şəmkirin Lüteran kilsəsində Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının konserti keçirilib - (Foto)
-
Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalının Gəncə mərhələsi keçirilib - (Foto)
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
XƏBƏR LENTİ
-
Qəlbləri ən asan fəth edən 5 bürc
-
Mıhlama nə ilə yeyilir?
-
“Bitcoin” 190 min dolları keçə bilər
-
Antibiotik qəbul edərkən şəkər istehlak etmək bağırsaq bakteriyalarına zərər verə bilər
-
Çuğundurlu kələm turşusu resepti
-
İkardidən "Qalatasaray"la bağlı sürpriz qərar
-
"Flydubai" pilotu hər şeyi etiraf etdi
-
Biləsuvarda 26 yaşlı kişi qətlə yetirildi - qohumu saxlanıldı - təfərrüat
-
Ermənistanın Bərdəni raket atəşinə tutmasından 6 il ötür
-
Günün qoroskopu: Ailə daxilində gərginlik yarana bilər
-
Studiyadakı şəxs robotlarla əlbəyaxa oldu - (Video)
-
Türkiyənin ən varlı aktyorları
-
Sabah Yasamalda işıq olmayacaq
-
Abşerondakı partlayış antiperspirantlara görə olubmuş - (Video)
-
Nikol Şerzingerin ayağı yaralansa da, çıxışını dayandırmadı - (Video)
-
İranın neft naziri istefa verdi
-
Salyanda ağır qəza - yaralılar var - (Video)
-
Bakıda iti binadan atan şəxs məsuliyyətə cəlb edildi
-
Türkiyədə 4-cü dəfə zəlzələ oldu - Yenilənib
-
Nemət Pənahov vəfat etdi - (Foto)
-
Şəhanəni qətlə yetirən 33 yaşlı Əsgər Vətən müharibəsi qazisi imiş - (Video)
-
“Gənc futbolçulara güvənməsək, harada oynayacaqlar?” - Ayxan Abbasov
-
Biləsuvarda minik avtomobili aşdı, yaralı var
-
“Bütün mübahisəli qərarlar Azərbaycanın xeyrinə verildi” - Yankauskas





