AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bir sıra elmi müəssisə və təşkilatların Elm və Təhsil Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirib.
Milli.Az APA-ya istinadən bildirir ki, İsa Həbibbəyli deyib ki, bu, AMEA-nın elm və istehsalat qurumlarının işinin tənzimlənməsinə xidmət edəcək.
O qeyd edib ki, bugünkü iclasda AMEA-da prezident seçkiləri ilə bağlı heç bir qərar qəbul edilməyib.
İ.Həbibbəyli vurğulayıb ki, AMEA insitutlarının böyük qismi Elm və Təhsil Nazirliyinin tərkibinə verildiyi üçün onların Rəyasət Heyətinin tərkibində fəaliyyət göstərməsinə ehtiyac qalmayıb.
Milli.Az