“Babam ermənilərin zülmlərinə dözməyib intihar etdi, məzarı iki dəfə itirildi...”
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Babam Azərbaycanın ilk ali təhsilli memarı olub. Onun layihələri əsasında Göy məscid, Təzəpir, Göyçayda məscid, Şamaxıda İmam məscidi, Bakıda bir çox tanınmış binalar və qədimi tikililər inşa edilib. Yeganə Firəngiz adlı bir qızı olub. Mən də Firəngiz xanımın övladıyam. Ailədə 3 qardaş olmuşuq. 1925-ci ilin 16 fevral tarixində babam Çəmbərkənddə yerləşən evində özünü güllələdi. O vaxt babamın 52 yaşı var idi. 52 yaş o vaxt üçün nədir ki? Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra ermənilər tərəfindən təqibə məruz qalır və belə bir şəraitdə işləməyin çətinlikləri haqda ölkə rəhbərliyinə məlumat verərək, özünə qəsd edir"
Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında Zivər bəy Əhmədbəyovun nəvəsi Oqtay Əfəndiyev deyib. O, daha sonra əlavə edib.
"Babam Çəmbərəkənddə yaşayırdı, elə ölümündən sonra da onu evinin yanında Dağüstü parkda dəfn etdilər. 1931-ci ildə hökümət qərar qəbul etdi və Çəmbərəkənd qəbirstanlığı dağıldı. Oradakı məzarların üstündə park salındı və S.M. Kirovun böyük bir heykəli ucaldıldı. Anam babamın məzarını başqa yerə köçürsə də, o yerdə də Fəxri Xiyabanın tikintisi üçün köhnə qəbirstanlıq alt-üst edilir. Anam bu hadisədən çox pis depressiya keçirir, çünki artıq babamın məzarı itib, torpağa qarışmışdı. Mən Çəmbərəkənddə dünyaya göz açmışam, uşağlığım da orada keçib. Babam evi anama bağışlamışdı. Evlər o qədər böyük idi ki, velosipedlə gəzirdim. Evdə tarixi əşyalar, vallar, royal və s. memarlıq nümunələri var idi. 1967-ci ildə çox təəssüf ki, həmin evi sökdülər. Özü də çox haqsız yerə. Halbuki o vaxtın sənədlərində yazılmışdı ki, bu ev muzey olacaq və qorunacaq. Sən saydığını say, gör fələk nə sayır" deyə o bildirib.
Zivər bəy Əhmədbəyovun nəvəsi deyir ki, babasının "Nizami" metrosunun önündə yerləşən heykəlinin üstünə əlavələr etmək istəyir.
"Bu heykəli o vaxt cənab prezidentin sərəncamı əsasında qoyublar. Heykəllə üzbəüz babamın inşa etdiyi binalar yerləşir. Heykəlin alt hissəsində boş yerlər var. Orada mən məlumat yazdırmaq istəyirəm. Babam kimdir? Nə işlə məşğul olub? Həm inglis dilində, həm də doğma dilimizdə. Bununla bağlı aidiyyatı qurumlara da müraciət ünvanlamışam, inşallah ki, müsbət cavabın veriləcəyinə əminəm" deyə o bildirib.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunmuş Fidan HacıyevanınIII Beynəlxalq Opera Festivalı çərçivəsində konsert keçirilib - (Foto)
-
Akademik Milli Dram Teatrı və Naxçıvan Dövlət Milli Dram Teatrı arasında Memorandum imzalanıb - (Foto)
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Yüzlərlə milli obraz bir gündə: İçərişəhərdə “Milli Geyimlər Günü” keçirildi
-
İlk “Milli Geyimlər Günü” festivalı çərçivəsində Gülnarə Xəlilovanın kolleksiyası təqdim olunub - (Foto)
XƏBƏR LENTİ
-
Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
“Beşiktaş”ın ulduzu zədələndi
-
"Evimdən 15 min dollarlıq qızıl oğurlandı"
-
Rusiyada ticarət mərkəzində yanğın: Ölənlər və yaralananalar var - (Video)
-
Azərbaycanda plastik cərrahların sayı artdı
-
Bu qurumlar sabahdan distant iş rejiminə keçir
-
Bu avtobuslar sabahdan “Avtovağzal” stansiyasında da dayanacaq - Siyahı
-
Sənə ayıb olsun! - Netanyahu
-
Xəzər rayonunda 40 kiloqram narkotik aşkarlandı
-
Lənkəranda 75 500 manatlıq oğurluq - Saxlanılanlar var
-
Azərbaycanda bu futbol klubu ləğv edildi
-
Dənizdə batan tələbələrin fotosu
-
Yer kürəsində maqnit fırtınası olacaq - Tarix açıqlandı
-
Metronun 2 stansiyasında giriş ödənişsiz olacaq - Şad xəbər
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportasiya edildilər
-
Ukraynada neft-qaz müəssisəsi tamamilə dağıldı
-
Göyçayda “Mercedes” motosikletlə toqquşdu - (Video)
-
Natavan Həbibi görünüşünü dəyişdirdi - (Foto)
-
Lavrovdan Quterreşlə bağlı gözlənilməz açıqlama
-
ADY-nin Astara Terminalında yük aşırılması 30 faiz artıb
-
Azərbaycanda bu tələbələrə kirayə pulu verilə bilər
-
Qazaxda xəstəxanada yanğın baş verdi
-
Göyərtəsində məşhur müğənninin olduğu təyyarə yoxa çıxdı
-
Toni Kroos: "Arda 11-də oynamalıdır"





