Azerbaijan Fashion Week 12-ci mövsüm: 3-сü gün
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moda bir araya gətirir! Mayın 20-də Bakıda, Hilton otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başladı.
Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün üçüncü və son günü A.Sain, Suhrob Habib Kids, Mimioriki, Amelie Kids Couture, B&G Store, Xarı BulBul Model Agency kimi Azərbaycanın və beynəlxalq brendlərin uşaqlar üçün hazırlanan Runaway Show moda nümayişi ilə başladı.
Böyüklər üçün hissə də beynəlxalq brendlərin - Qazaxıstan, Özbəkistan və Azərbaycanın dəbli moda evlərinin kolleksiyalarının nümayişindən ibarət idi.
Özbək brendi Bekzot Saitov milli motivlərin də yer aldığı zərif, parlaq rəng palitrasından ibarət əsərlərini təqdim etdi. Milli özbək printləri ilə mürəkkəb biçimli xalatlar - müasir, universal görünüş yaratmışdı.
Yapon döyüş sənəti - çubuqlu güləşdən ilhamlanan Maleke Abdeşovanın Lariya School məzunları MALIKE Qazaxıstan brendinin kolleksiyasını təqdim etdi.
Azərbaycan Moda Həftəsinin üçüncü günü qonaqlar toy mərasimi dəbinin müxtəlif çeşidlərini Ayrus Atelier kolleksiyasında izlədilər.
Moda Həftəsində təqdim olunan Ayshan Habibli kolleksiyasında əlavəsiz, pastel rənglərin bir tonlu qammasında qısa və ortaboy paltarlar, kostyum və komplektlər nümayiş edildi. Kolleksiyada həmçinin tünd yaşıl, qırmızı və qara rənglərdən də istifadə olunmuşdu.
Azerbaijan Fashion Week-in yerli Giedi moda evinin nümayişi ilə yekunlaşmağı artıq dəb halını alıb. Murad Hüseynin bu dəfə ərsəyə gətirdiyi defile sadəcə moda nümayişi deyil, həm də kəskin sosial mesajı olan ismarıc idi. Bu mövsümün şüarını - "Birlikdəyik" rəhbər tutaraq, Murad Hüseyn əsərlərini nümayiş etmək üçün podiuma peşəkar manikenlərlə yanaşı, səriştəsi olmayan modelləri də çıxarıb. Bununla da dizayner "peşəsindən, kimliyindən və fəaliyyətindən asılı olmayaraq, hər kəsin istədiyini geyinmək və özü kimi olmaq haqqı var" tezisini cəmiyyətə çatdırıb.
Xatırladaq ki, Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 20-dən 22-dək Hilton Baku otelində keçirilib.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Milli Musiqi Günü münasibətilə Gəncə Dövlət Filarmoniyasında konsert proqramı keçirilib (Foto)
-
Bakıda I Türk Dünyası Bəstəkarları Qurultayının qala-açılış konserti keçirilib - (Foto)
-
Züleyxa İbad Berlində üç rəssamı bir araya gətirən "Tanış yadlar" sərgisini təqdim edib - (Foto)
-
“Dayının yuxusu” povesti əsasında eyniadlı tamaşanın premyerası keçirilib - (Foto)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
XƏBƏR LENTİ
-
Polis əməliyyatlar keçirdi: 73 nəfər tutulub
-
"Formula 1" ərəfəsində Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş iş rejiminə keçəcək
-
Əhalinin nəzərinə: Gecikənlər əlavə pul ödəyəcək
-
Terim Osimhen, İkardi və Leao görün nə düşünür
-
Tanınmış rus aktrisa 46 yaşında öldü
-
Maykl Ceksonun anasına hədiyyəsi satışa çıxarıldı - (Foto)
-
35 yaşlı qadın avtobusa "ərə getdi" - (Foto)
-
Bakıda binada güclü yanğın söndürüldü - Yenilənib - Foto
-
DGK rəisi Fərid Usubovun yerinə onu təyin etdi
-
Bakıda şirkətə 16 min dollar cərimə yazıldı
-
67 yaşlı kişi bıçaqlandı - Şübhəli arvadıdır
-
Türküstanda pişik maşını beton hasara çırpdı - (Video)
-
Qarabağda son döyüş: DİN-nin Daxili Qoşunlarının hərbi qulluqçuları danışır - (Video)
-
Azərbaycanda bu toy viral oldu: Zala maşınla daxil oldular - (Video)
-
Tacikistan oyunu öncəsi suallar: Niyə bu futbolçulara şans verilmədi?
-
Keçmiş baş nazir küçədə broşür payladı
-
SOCAR "Neftçilər Günü" ilə bağlı videoçarx yayımlayıb
-
“Erməni separatçılarının “arzusu”nu dəfn edən gün” — Leyla Tariverdiyevanın “AKTUAL” yazısı
-
Övladın atasına hazırladığı tort kövrəltdi – (Foto)
-
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb - (Foto)
-
"Ərini oğurlamışıq, pul ver!" - Mesajların arxasından görün kim çıxdı - (Foto)
-
Qarabağda son nöqtə: 23 saatlıq əməliyyatın tarixi əhəmiyyəti
-
"Neftçi"nin tanınmış futbolçusu vəfat etdi - (Foto)
-
140 min manatlıq qızılı tapdı, görün nə etdi - (Video)





