Azerbaijan Fashion Week 12-ci mövsüm: 3-сü gün

23 May 2022 18:58

Moda bir araya gətirir! Mayın 20-də Bakıda, Hilton otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başladı.

Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün üçüncü və son günü  A.Sain, Suhrob Habib Kids, Mimioriki, Amelie Kids Couture, B&G Store, Xarı BulBul Model Agency kimi Azərbaycanın və beynəlxalq brendlərin uşaqlar üçün hazırlanan Runaway Show  moda nümayişi ilə başladı.

Böyüklər üçün hissə də beynəlxalq brendlərin - Qazaxıstan, Özbəkistan və Azərbaycanın dəbli moda evlərinin kolleksiyalarının nümayişindən ibarət idi.

Özbək brendi Bekzot Saitov milli motivlərin də yer aldığı zərif, parlaq rəng palitrasından ibarət əsərlərini təqdim etdi. Milli özbək printləri ilə mürəkkəb biçimli xalatlar - müasir, universal görünüş yaratmışdı.

Yapon döyüş sənəti - çubuqlu güləşdən ilhamlanan Maleke Abdeşovanın Lariya School məzunları MALIKE Qazaxıstan brendinin kolleksiyasını təqdim etdi.

Azərbaycan Moda Həftəsinin üçüncü günü qonaqlar toy mərasimi dəbinin müxtəlif çeşidlərini Ayrus Atelier kolleksiyasında izlədilər.

Moda Həftəsində təqdim olunan Ayshan Habibli kolleksiyasında əlavəsiz, pastel rənglərin bir tonlu qammasında qısa və ortaboy paltarlar, kostyum və komplektlər nümayiş edildi. Kolleksiyada həmçinin tünd yaşıl, qırmızı və qara rənglərdən də istifadə olunmuşdu.

Azerbaijan Fashion Week-in yerli Giedi moda evinin nümayişi ilə yekunlaşmağı artıq dəb halını alıb. Murad Hüseynin bu dəfə ərsəyə gətirdiyi defile sadəcə moda nümayişi deyil, həm də kəskin sosial mesajı olan ismarıc idi. Bu mövsümün şüarını - "Birlikdəyik"  rəhbər tutaraq, Murad Hüseyn əsərlərini nümayiş etmək üçün podiuma peşəkar manikenlərlə yanaşı, səriştəsi olmayan modelləri də çıxarıb. Bununla da dizayner "peşəsindən, kimliyindən və fəaliyyətindən asılı olmayaraq, hər kəsin istədiyini geyinmək və özü kimi olmaq haqqı var" tezisini cəmiyyətə çatdırıb.

Xatırladaq ki, Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 20-dən 22-dək Hilton Baku otelində keçirilib.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Milli.az, Azernews.az