Mədəniyyət

"Muğam axşamları" layihəsinin may konserti maraqla qarşılandı - FOTO

23 May 2022 14:51
Baxış: 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Beynəlxalq Muğam Mərkəzinin 2022-2023-cü musiqi mövsümündə təqdim etdiyi "Muğam axşamları" layihəsinin may ayı üçün nəzərdə tutulmuş  konsertində BMM-nin solistləri Hüseyn Məlikov, Məmməd Nəcəfov və Könül Məmmədli "Çahargah" muğamını təqdim etdilər. Layihənin ideya müəllifi BMM-nin direktoru, Xalq artisti Murad Hüseynovdur.

BMM nin solistləri tarzən Rövşən Qurbanov, kamança ifaçısı Ceyhun Muradov, nağarada Amil Mustafayev və balabanda  Rəfael Əsgərovun müşayiəti ilə təqdim edilən proqramda xanəndələr  "Çahargah" muğamının parlaq, virtuoz, qəhrəmani xarakterli, dərin dramatik məzmununu məharətlə  çatdırmağa nail oldular.

Naxışlarla bəzədilmiş, bir növ sanki xalçaya, milli ornamentli naxışlara bürünmüş "Çahargah" muğamının havacatı içərisindən onun cövhərini tapmaq və bütün dəstgah boyunca bu cövhərdən  yüksək səriştə ilə istifadə etmək peşəkarlıq tələb edir. Konsert boyu solistlər bu incəliyə  həssaslıqla yanaşaraq "Çahargah"ın dərin tematikasını tamaşaçı üçün  üzə çıxara bildilər.

Qeyd edək ki, layihə 2017-ci ildən həyata keçirilir və layihənin beynəlxalq işıqlandırılmasında "Baku" jurnalının rolu böyük əhəmiyyət kəsb edib.
""Muğam axşamları"  "Mədəniyyət" televiziyası vasitəsilə lentə alınır, İctimai Radio ilə dinləyicilərə təqdim edilir.

"Muğam axşamları" layihəsi çərçivəsində iyun ayının  17 -də "Bayatı Şiraz" muğamı təqdim olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.