Rübabə Muradovanın əldən-ələ keçən qavalının aqibəti
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün öncə Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova Moderator.az-a özəl açıqlamasında atasının qavalını satışa çıxardığını bildirmişdi. Sənətkarın qızı qavalın xalq artistləri Zabit Nəbizadəyə və Mələkxanım Əyyubovaya qismət olmasını arzulayırdı.
Milli.Az xəbər verir ki, moderator.az-a açıqlama verən Zabit Nəbizadə isə bunları bildirmişdi:
"Mən o qavalı alıb verilişdə, Hacıbaba müəllimin ad günlərində istifadə edə bilərəm. Qaldı ki, mənim yüz minim olsa, ustadın qəbrinin daşını dəyişərəm. Çünki məzar daşı otuz il bundan qabaq qoyulub".
Xalq artisti söhbət əsnasında böyük sənətkarımız Rübabə Muradovanın qavalının ona yadigar qaldığını da bildirmişdi:
"Öz qavalım isə rəhmətlik Rübabə xanımın yadigarıdır. O qavalı əlli minə sata bilsəm, Rübabə xanımın da qəbrini yenidən təmir elətdirərəm" deyə sənətkar demişdi.
Xanəndənin bu sözləri bizdə bir az müəmma yaratdı. Belə ki, Zabit Nəbizadə 1991-1995-ci illərdə hələ Asəf Zeynallı adına Azərbaycan Dövlət Musiqi Texnikomunun "Solo oxuma" (xanəndəlik) şöbəsində təhsil aldığı müddətdə, Rübabə Muradova 1983-cü ildə artıq dünyasını dəyişmişdi. Görəsən Rübabə Muradovanın qavalını sənətkara kim hədiyyə edib?
Məsələyə aydınlıq gətirmək üçün Zabit Nəbizadənin özü ilə əlaqə saxladıq.
O, Moderator.az-a bunları bildirdi.
"Xeyr, qavalı mənə Rübabə xanım yadigar qoymayıb. Mənə sadəcə belə məlumat verdilər ki, bu qaval Rübabə xanımındır. Məlumatın dəqiqliyini öyrənmək üçün qızına, bacısına zəng edib maraqlandım, onlar mənə dedilər ki, biz onun qavalının harada olduğunu bilmirik. Bəlkə özü sağ ikən kiməsə verib?! Qaval ifaçısı Mahmud Salah deyirdi ki, "sənin əlindəki qavalı Rübabə xanım üçün nənəm düzətdirib, bilirəm ki, 100 faiz bu qaval onundur". Bu qavalı mənə müğənni Mənzurə Musayeva satıb. O mənə dedi ki, həmin qavalı Səlim adlı muğam müəllimindən alıb. Daha bilmirəm alıb, ya Səlim müəllim ona bağışlayıb. Ola bilsin ki, Səlim müəllimə Rübabə xanımdan keçib, ya ondan alıb. Bunu dəqiq bilmirəm. Rübabə Muradovanın qavalını efirdə görmüşəm, dərisində bir ağ xal var, onunla oxşadıram. Sədəf tərəfi efirdə görünsəydi 100 faiz bilərdim ki, onundur ya yox?! Mən heç Rübabə xanımı canlı görməmişəm, onu hər zaman efir vasitəsilə izləmişəm. Hazırda 3 qavalım var, biri anakonda dərisindəndir" deyə xanəndə bildirib.
Məsələni daha da aydınlaşdırmaq üçün tanınmış qaval ustası Mahmud Salahla əlaqə saxladıq. O isə faktlarla danışdı.
"1964-cü ildə nənəm özünə bir qaval düzətdirir. O vaxt Rübabə xanım nənəm Xırdaxanımla müəyyən toylara gedirdilər. O nənəmin əlində qavalını görür və onun üçün də bu cür qaval düzətdirməyini xahiş edir. Nənəm öz ustasına Rübabə xanım üçün qaval düzətdirir, ona hədiyyə edir. Mənim nənəm 1993-cü ildə dünyasını dəyişib. O vaxta qədər nənəm deyirdi ki, bilmirəm o qaval kimdədir? Axtardıq, tapa bilmədik. Zaman keçəndən sonra sən demə bu qaval Mənzurə Musayevada imiş. Hətta bildiyim qədərilə Mənzurə xanım həmin qavalı Zabitə satmaq istəməyib. Satmamağının da səbəbi bu qavalın Rübabə xanıma məxsus olması olub. Daha sonra qavalı Zabitə satır. Mən bu qavalı görmüşdüm, həqiqətən də o qaval idi. Hətta Zabit dedi ki, qurbandır sənə. Nənəm düzətdirdiyi qavalın eynisi idi. Eyni futlyar idi. Nənəmin qavalında ebonitləri zəifdir, balaca formadadır, amma arxa tərəfi tam sədəfdir. Bu qavaldan 3 dənə olub. Biri nənəmdə, biri Rübabə xanımda, biri də Əbülfət Əliyevdə" deyə sənətkar bildirib.
Qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq - Mövzunu davam etdirəcəyik - ARDI VAR...
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əminə Rəhimova vəfat etdi
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
"Flydubai"nin ikinci pilotu etiraf etdi: Təyyarəni İsraildə yerə çırpmaq istəyirmiş
-
Zaur Həbibov Ukrayna-Rusiya müharibəsində həlak oldu - (Foto)
-
Xaricdə təhsil adı altında dələduzluq edən şəxs saxlanıldı
-
Rafinya Mbappeni geridə qoydu
-
Robotların sayı 5 milyonu keçdi
-
Hülya Avşarın makiyajsız halı diqqət çəkdi - (Foto)
-
Tramp: İranın işləri yaxşı getmir
-
Afaq Bəşirqızı: "Məni "Söylü"yə oxşatmayın"
-
Moskvanın mərkəzində azərbaycanlı qardaşlara hücum: Bıçaqlanan var
-
Bakı Bulvarında Zeytun Festivalı keçiriləcək (Video)
-
UEFA Millətlər Liqası: Günün ən maraqlı matçları
-
Polşa mətbuatı: Azərbaycan, Gürcüstan və Türkiyə Aralıq Dəhlizində yükdaşımaları sürətləndirməyi hədəfləyir
-
Bakıda ən ucuz evlər bu ərazidədir
-
Silvestr Stallone buna görə 14 dəfə əməliyyat olunub
-
Bakıda vətəndaşın evini söküb pul verməyən şirkət rəhbəri tutuldu
-
Bakıda avtobus aşdı: Yaralılar var - (Video)
-
ChatGPT-də geyimləri virtual sınaqdan keçirmək mümkün olacaq - (Foto)
-
Qəhvə sevənlər bunu mütləq oxusun
-
Quba-Xınalıq yolunda yenidən torpaq sürüşməsi oldu - (Foto)
-
DİN əməliyyat keçirdi, İran vətəndaşı və daha 7 nəfər tutuldu
-
Bacısının toyunda əsgər qardaşının sürprizi - (Video)
-
Metroda kişi öldü
-
Nəfəsin efektsiz fotosu müzakirə yaratdı - (Fotolar)
-
Toyda bəyin möhtəşəm rəqsi diqqət çəkdi – (Video)





