Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Moda bir araya gətirir! Mayın 20-də Bakıda, Hilton Baku otelində növbəti, əsas mövzusu xalqlar arasında dostluq və sülh olan Azerbaijan Fashion Week / Azərbaycan Moda Həftəsinin 12-ci mövsümü başlayır.
Moda Bayramı yenidən Bakıda!
Pandemiya dövründə dünyanda yaşanan təlatüm və təcridlərə, karantin vaxtı isə bir çox sevinc və görüşlərdən məhrum olduğumuza baxmayaraq, hazırda əksər ölkələrdə karantin məhdudiyyətləri aradan götürülüb. İndi bizim yenidən görüşmək, ünsiyyət qurmaq, həyatın bəxş etdiyi sevinclərdən həzz almaq, ən əsası - yaradıcılıq vasitəsilə dünyada dostluq və sülh ideyalarını nümayiş etmək imkanımız yaranıb.
Məhz buna görə də, Azərbaycan Moda Həftəsinin cari mövsümünün əsas şüarı sadə və əhəmiyyətli sözlə ehtiva olunur - Birlikdəyik / We are together.
Azərbaycan Moda Həftəsinin iştirakçıları Qazaxıstan, Özbəkistan və Tacikistandan olan modelyerlər və təbii ki, həmişə olduğu kimi Azərbaycan və Türkiyənin ən yaxşı kutüryeləri öz yeni kolleksiyalarını iki il yarımlıq fasilədən sonra nümayiş etdirəcəklər.
Xalqlar arasında dostluq və müxtəlif ölkələrin milli adət-ənənlərinə ehtiram bu mövsümün əsas görüntüsünü təkşil edən rənglərdə öz əksini tapıb. Afişalar,dəvətnamələr və hədiyyələrin tərtibatında rəssam və qrafik dizaynerlərimiz Azerbaijan Fashion Week-də iştirak edən ölkələrin bayraqlarının bütün rənglərindən istifadə ediblər - Qazaxıstan və Özbəkistan bayrağında olan açıq mavidən, Azərbaycan və Türkiyənin yaşıl, qırmızı və mavi rənglərinə qədər.
Azərbaycan Moda Həftəsinin 12-ci mövsümünün moda nümayişləri mayın 20-dən 22-dək Hilton Baku otelində keçiriləcək.
İnformasiya dəstəyi - Trend.az, Day.az, Milli.az, Azernews.az
Azerbaijan Fashion Week haqqında:
2015-ci ilin mayında Azerbaijan Fashion Week ilk mövsüm nümayişini keçirdi və bununla ölkədə Dəb Həftələrinin əsasını qoydu. Bu genişmiqyaslı layihə ölkədə moda bazarının yaranmasının başlıca səbəbi oldu, axı o dövrdə fəaliyyət göstərən modelyerlərpərakəndə çalışır, özlərini tanıtmaq, irəliləmək üçün xeyli səy göstərirdilər. Azerbaijan Fashion Week dəb sahəsində çalışan dizaynerlərin, bayerlərin, həm yerli, həm xarici mətbuatın, həm də paytaxtın bütün moda pərəstişkarlarının ayrı-ayrılıqda fəaliyyət cəhdlərini bir yerə cəmləyən platformaya çevrildi. Yarandığı gündən bəri Azerbaijan Fashion Week ölkənin ən mühüm moda hadisəsi statusunu qoruyub saxlamaqdadır.
DİGƏR XƏBƏRLƏR
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
XƏBƏR LENTİ
-
7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb
-
Ermənistana keçən azərbaycanlı hərbçi həbs edildi
-
Dövlət qulluğuna hazırlaşanlara xəbər: İmtahan tarixi açıqlandı
-
Avstraliyada təhsil alan azərbaycanlı rejissorun təhsil haqqı tam ödənildi
-
Azərbaycanın futbol üzrə U-20 millisinin heyətində dəyişiklik baş verib
-
YAP-ın İdarə Heyətinin yeni tərkibi müəyyənləşib
-
Pulsuz “Wi-Fi” sizə baha başa gələ bilər - Səbəb
-
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişindaşımanı da həyata keçirəcək
-
Bakı-Tbilisi qatarlarında yenilik - 1 noyabrdan
-
Məhəmməd Nəsibov saxlanıldı
-
“Bakı Biznes Mərkəzi” MMC-nin direktoru xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısından çıxarılıb
-
Hava ilə bağlı son məlumat
-
Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edilib
-
Prezident İlham Əliyevin sosial media hesablarında Yeni Azərbaycan Partiyasının VIII Qurultayında iştirakına dair videoçarx paylaşılıb - (Video)
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq
-
Kənd Təsərrüfatı naziri kombaynla pambıq yığdı - (Video)
-
Rusiyada azərbaycanlı sərnişinin çantasından kabab çıxdı, yandırdılar
-
2027-də maaşlar nə qədər artacaq?
-
Ağdamda 15 yaşlı qız qaçırıldı
-
Netanyahudan “Flydubai” insidenti ilə bağlı açıqlama
-
“Şirvangöl” şadlıq sarayında yoxlama keçirilib
-
Bakıda kişi binanın dəhlizində faciəvi şəkildə öldü
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb





