Mədəniyyət

Azərbaycanlı yazıçı vəfat etdi

13 Fevral 2022 09:14
0 Şərh     Baxış: 2 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR əməkdar incəsənət xadimi Əfqan Əsgərov bu gün vəfat edib.

Bu barədə APA-ya mərhumun qızı Sevinc Əfqan məlumat verib.

Qeyd edək ki, Əfqan Hacıağa oğlu Əsgərov 23 sentyabr 1929-cu ildə Şirvanın Qarabağlılar kəndində anadan olub.

"Bəy İnal", "Qartal əfsanəsi", "Gülyanaq", "Katib", "Həsrət də bir vüsaldır", "Şahlar Şahı", "Cənnətməkan" kimi əsərləri olan yazıçı daha çox "Bəy İnal" romanı ilə tanınırdı.

Allah rəhmət eləsin!

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.