Mədəniyyət

Xalq artisti Ağaxan Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirildi - FOTO

8 Fevral 2022 14:27
0 Şərh     Baxış: 777
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fevralın 6-da  Beynəlxalq Muğam Mərkəzi və "Asan könüllüləri" təşkilatı Xalq artisti, xanəndə Ağaxan Abdullayevin xatirəsinə həsr olunmuş tədbir keçirdi. Xatirə gecəsində görkəmli xanəndənin həyat və yaradıcılıq yoluna işıq salındı. Tədbirin əvvəlində xanəndənin muğam müsabiqələrində və televiziya verilişlərində çıxışlarından kadrlar nümayiş olundu.

Xalq artistləri, tarzən Vamiq Məmmədəliyev, Malik Mansurov, BMM-nin layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı çıxış edərək xanəndənin muğam sənətimizdə xidmətlərindən söz açdılar.

Çıxışların sonunda xanəndənin oğlu Xoşbəxt Abdullayev tədbirin təşkilatçılarına minnətdarlığını ifadə etdi.

Tədbir konsert proqramı ilə davam etdi. Gecədə Ağaxan Abdullayevin tələbələri, BMM solistləri Vəfa Vəzirova, Nisbət Sədrayeva, Məmməd Nəcəfov  xanəndənin repertuarından muğam və təsniflər təqdim etdilər.  Oğlu Hikmət Abdullayev ifasında atasının xatirəsinə həsr etdiyi "Ata" mahnısına çəkilmiş klip nümayiş olundu.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.