Ruhi xəstə oğlunun ölümünü ondan gizlətdilər, “qoymayın ölüm” deyib imdad dilədi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Milli.Az Kulis.az-a istinadən Xalq artisti, bəstəkar Şəfiqə Axundova haqqında 10 maraqlı faktı təqdim edir.
Şəki şəhərində anadan olan Şəfiqə Axundova Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxuyarkən Üzeyir Hacıbəyovdan dərs alıb. Şərqdə ilk opera yazan ilk qadın kimi tarixə düşüb. Onun sənətə gəlməsində böyük bacısı Zümrüd Axundovanın rolu çox olub. O, həmişə Şəfiqə xanımı dəstəkləyib. Zümrüd xanım universitet müəllimi, həyat yoldaşı isə akademiyanın prezidenti idi. Onların evlərinə şəhərin ən ziyalı adamları yığılırdı.
***
Bəstəkar müsahibələrindən birində ustadı ilə bağlı xatirəsini dilə gətirir: "Müharibə illəri idi. Mən cavan vaxtlarımda qırmızıyanaq qız idim. Gəldim dərsə, Üzeyir bəy məni gördü, dedi: "Qalx ayağa. Sənin rəngin niyə belədir?". Mən də dedim ki, "heç, elə belə"... Dedi "gəl bura", keçdi stolunun arxasına çantasından çörək çıxartdı. Çörəyin üstünü kəsib mənə uzatdı, alt hissəsini isə özünə saxladı və mənə dedi: "Sənin rəngin mənim xoşuma gəlmir, bunu ye". Üzeyir bəy mənə çörəyi uzadanda çox utandım. Bu xatirə həyatım boyu yadımdan çıxmaz".

Şəfiqə xanım çox qısa müddət ailəli olub. Bu evlilikdən onun cəmi bir övladı dünyaya gəlib. O, bir də heç vaxt ailə qurmayıb, ömrünün sonuna qədər tək yaşayıb. Şəfiqə xanım məşhur "Lay-lay" mahnısını isə oğluna bəstələyib. Bütün ümidlərini bağladığı Taleh Hacıyev isə gənc yaşlarında ruhi xəstəliyə tutulub.
***
O, həyat yoldaşından ayrılmasının səbəblərini müsahibələrinin birində belə izah edir. "Yoldaşım məni başa düşmürdü. Ya ailə, ya sənət. İkisi bir yerdə tutur deyən adam yarımçıq sənətkardır. Tam mənası ilə özünü sənətə həsr etmək üçün gərək tənha olasan. Mən bu tənhalığı seçdim və özümü sənətə həsr etdim!"

"Qayınana" filmində səslənən "Mehriban olaq" mahnısını Şəfiqə xanımın yazmasının qəribə taleyi olub. Şəfiqə xanımın qonşuluğunda yaşayan iki qadın günlərin birində bərk dalaşırlar. İki gün sonra isə tamaşa vaxtı iki tamaşaçının yer üstündə dalaşdığını görür. Bu hadisələrin hər biri bəstəkara pis təsir edir. Və o, "Mehriban olaq" mahnısını yazmağı qərara alır.
***
Oğlu Taleh Hacıyev çox böyük istedada malik olsa da, anası qədər tanınmırdı. İndi də çox az insan Talehin yaradıcılığı ilə tanışdır. Amma onun 18-20 yaşlarında bəstələdiyi "Belə qəmli dayanma" adlı mahnısı çox böyük məşhurluq qazanıb. Lakin insanlar Taleh Hacıyevi daha çox pianoçu kimi tanıyıblar.

Oğlunun hədsiz dərəcədə sevən ana onun haqqında belə deyirdi: "Mənim oğlum gözəl piano çalırdı, o, çalanda hamı heyran qalardı. Gözəl pianoçu idi. Ondan çox nigaranam, mən dünyada olmayanda, o necə yaşayacaq, nə edəcək? Axı uşaq kimi safdır, köməksizdir. Allahdan ömür istəyirəm ki, onu tək qoymayım bu dünyada".
***
Taleh uzun illər bu xəstəliklə mübarizə aparsa da, 2008-ci ilin iyul ayının 26-da Maştağada yerləşən ruhi əsəb xəstəxanasında vəfat edir. Oğlunun ölümü Şəfiqə xanımdan uzun müddət gizlədilir. Yalnız qırx mərasimi başa çatandan sonra Şəfiqə xanım oğlu Talehin vəfat etdiyini öyrənir.

Ağır ürək xəstəliyi keçirən Şəfiqə xanım son günlərini xəstəxanada keçirir. Onun yanına gələn əməkdar artist Aybəniz Haşımovaya və millət vəkili Qənirə Paşayevaya bu sözləri deyir: "Məni ölməyə qoymayın. Mən yaşamaq istəyirəm...". Bu sözlərdən bir neçə gün sonra gözəl bəstəkar Şəfiqə Axundova 2013-cü ilin iyul ayının 26-da, oğlu Talehdən beş il sonra onun vəfat etdiyi gündə dünyasını dəyişir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub - (Foto)
-
Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert proqramı keçirilib - (Foto)
-
Azərbaycan Milli İncəsənət Muzeyində 27 Sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib - (Foto)
-
Gəncədə Çukurova Dövlət Simfonik Orkestri və Niyazi adına Dövlət Simfonik Orkestrinin birgə konserti keçirilib - (Foto)
-
"Aşk ve taht" final edir
-
Azərbaycan muzeyi ilə özbək institutu arasında əməkdaşlıq memorandumu imzalanıb - (Foto)
XƏBƏR LENTİ
-
Bu ölkədə hər kəs eyni gün yaşlanır: Ad günü gözlənilmir
-
Sizi qızışdırmağa çalışanlara qarşı bu 5 addımı atın
-
Monika Belluççinin 16 yaşlı qızı məşhur jurnal üçün kamera qarşısına keçdi - (Foto)
-
Yumurta qutularını torpağa basdırmağa başlayıblar
-
Serenay 7, Kendall 2 milyon baxış topladı - (Video)
-
İranda silahlı qarşıdurma başlayıb - (Video)
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Naxçıvanda motosikletlə skuter toqquşub, 3 nəfər xəsarət alıb
-
Nübar efirə qayıdır
-
Minimum əməkhaqqının artacağı gözlənilir - (Video)
-
Günün qoroskopu: Bu gün heç kim suallardan yayına bilməyəcək
-
Naxçıvana ilk qar yağdı - (Video)
-
Damla oğlunu Amerikaya yola saldı, özü isə gedə bilmədi
-
"Real"ın ulduzu zədə səbəbilə 2-3 ay olmayacaq
-
Pakistanda 23 yaşlı azərbaycanlı qıza qarşı zorakılıq edən şəxslərin görüntüsü - (Video)
-
Mustafa Sandalın həyat yoldaşı və qayınatası ilə bağlı qərar verildi - Yenilənib
-
İnfantino Bakıdan paylaşım etdi - (Video)
-
“Brent” nefti ucuzlaşdı
-
Paşinyana Rusiya rəsmisindən maraqlı hədiyyə
-
"Dərnəgül" metro stansiyasına ödənişsiz avtobuslar ayrılacaq
-
Leyla Əliyeva və Alyona Əliyeva kardinal Corc Ceykob Kuvakad ilə görüşüblər - (Foto)
-
Cabir İmanovun gerçəkləşməyən arzusu
-
Romada Leyla Əliyeva və Alyona Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub - (Foto)
-
Leyla Əliyeva və Alyona Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüblər - (Foto)





