Hadisə, Kriminal

Qısqanclıq zəminində oynaşını öldürüb soyuducuda gizlətdi - FOTO

3 Noyabr 2021 16:10
0 Şərh     Baxış: 2 755
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Krasnoyarsk məhkəməsi oynaşını öldürüb bədənini müxtəlif hisslərə bölən qadınla bağlı qərar qəbul edib.

Milli.Az xəbər verir ki, məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum edib. İstintaq müəyyən edib ki, 39 yaşlı müttəhim kişini qısqanclıq zəminində bıçaqlayaraq öldürüb. Daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti hissələrə ayırıb, çantalara yığaraq soyuducuya qoyub.

Sonra da daşıyıcı xidməti soyuducunu şəhərin digər tərəfindəki qaraja köçürmək üçün çağırıb. Yolda işçilər qadından soyuducunun içində nə olduğunu soruşublar və o da cinayətini etiraf edib. 11 il həbslə yanaşı, zərərçəkən tərəfə dəyən mənəvi ziyana görə 700 min rubl cərimə ödəməli olacaq.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.