Hadisə, Kriminal

Millət vəkili həmkarına rüşvət verərkən yaxalandı

15 Oktyabr 2021 20:42
0 Şərh     Baxış: 1 264
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Primorski bölgəsində şəhər qəsəbəsi bələdiyyə komitəsinin bir deputatı başqa bir həmkarına rüşvət verməkdə ittiham olynaraq saxlanılıb.

Milli.Az xəbər verir ki, əməliyyatı Federal Təhlükəsizlik Xidməti həyata keçirib. Bu barədə "Lenta.ru" ya Rusiya İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalara görə, deputat qarşıdakı seçkilərdə sədr postunu almaq üçün həmkarının səsini yarım milyon rubla almaq istəyib. 300 min rubl rüşvətin birinci hissəsini köçürmək istəyərkən FTX əməkdaşları tərəfindən saxlanılıb. Sövdələşmə əməliyyatçıların nəzarəti altında baş tutub.

Anar Əli
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.