Hadisə, Kriminal

"Gecəni birlikdə keçirdik - evdən çıxanda sağ-salamat idi" - gənc qızın ölüm səbəbi - VİDEO - FOTO

7 Avqust 2021 00:33
0 Şərh     Baxış: 6 401
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ankarada 21 yaşlı Esra Hankulunun ölümü ilə əlaqədar saxlanılan Ümitcan Uygun istintaqa ifadəsində bəzi etiraflar edib.

Milli.Az haberler.com-a istinadən xəbər verir ki, Uygun ifadəsində bildirib ki, qızla gecəni birlikdə keçirdiyi doğrudur, amma səhər evdən çıxanda onu sağlam qoyub gedib. "Sonra evdəki dostları mənə zəng vurdu və Esranın ağzından qan gəldiyini söylədilər"-deyə polisə ifadəsində bildirib. Polisin məlumatına görə, Hankulunun ölümü narkotikadan artıq istifadə səbəbindən baş verib. Hankulunun eyni gecə dostlarına zəng edərək psixikasının yaxşı olmadığını və atasının məzarına getmək istədiyini bildirdiyi də vurğulanır.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.