Hadisə, Kriminal

MTN cinayətkar dəstəni ifşa etdi

22 Mart 2010 16:51
Baxış: 155
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Nazirliyin ictimaiyyətlə əlaqələr mərkəzindən Milli.Az xəbər portalına daxil olan məlumata görə, onlardan ümumilikdə 64 kq-dan artıq narkotik vasitə aşkar edilərək götürülüb.

Məlumatda bildirilirki, Azərbaycan vətəndaşları - Tərlan Məmmədov, Xankərəm Abasov, Xeyrulla Abbasov və qeyriləri qabaqcadan əlbir olaraq satış məqsədilə külli miqdarda narkotik vasitəni qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən gömrük nəzarətindən kənar İrandan Azərbaycan ərazisinə gətiriblər. Məlum olub ki, 2010-cu ilin yanvar ayının sonunda T.Məmmədov İranın Biləsuvar şəhərinə gedib, orada şəxsiyyəti hazırda istintaqla müəyyənləşdirilən İran vətəndaşı ilə görüşüb narkotik vasitələrin Azərbaycana gətirilməsi barədə razılığa gəliblər. Həmin iranlı əvvəlcədən razılaşdıqları narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan 4 nəfər həmyerlisinin vasitəsi ilə gecə vaxtı qaçaq yolla İran istiqamətindən Azərbaycanın Cəlilabad rayonunun Cəfərxanlı kəndinə göndərilməsini təşkil edib. T.Məmmədov, həmçinin həmkəndliləri Xankərəm Abasov və Xeyrulla Abbasov onlardan narkotik vasitələri təhvil alıb avtomaşınla Salyan rayonu istiqamətində hərəkət edərkən Biləsuvar rayonunun ərazisində Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən yaxalanıblar.

Xankərəm Abasovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşına keçirilən baxış zamanı oradan 30 kq-a yaxın həşiş qətranı və 1 kq-dan artıq heroin aşkar edilərək götürülüb.

Həyata keçirilən digər tədbir nəticəsində Azərbaycan vətəndaşı Anar Məmmədov saxlanılıb. Ondan külli miqdarda narkotik vasitələr aşkar edilərək götürülüb. Müəyyən edilib A. Məmmədov, şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşları və qeyriləri qabaqcadan əlbir olaraq bir qrup şəxs halında 31,139 kq həşişi və 2,115 kq heroini qaçaqmalçılıq yolu ilə Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirərək İrandan Azərbaycana gətiriblər.

Hər iki faktla bağlı MTN-nin İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işi başlanılıb. Cinayət işləri üzrə bütün halların araşdırılması, bu hüquqazidd əməlin digər iştirakçılarının ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.