Hadisə, Kriminal

Sumqayıtda marşrut avtobusunda qanlı hadisə, 1 ölü, 1 yaralı - YENİLƏNİB

16 Aprel 2011 12:22
Baxış: 178
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Daxili İşlər Nazirliyinin yaydığı məlumatda isə deyilir ki, dava zamanı bir nəfər də xəsarət alıb. Belə ki, dalaşanları ayırmaq istəyən şəhər sakini Mikayıl İsmayılov əlindən yaralanıb.
Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində E.Cabbarov tutulub.

---------
11:41

Sumqayıt şəhərində qətl hadisəsi törədilib. Şəhər Prokurorluğundan Milli.Az xəbər portalına verilən məlumata görə, qanlı hadisə marşrut avtobusunda törədilib.

Aprelin 15-də saat 15:00 radələrində 25 saylı marşrut avtobusunda 40 yaşlı Elşən Cabbarovla həmyerlisi olan 27 yaşlı Elşad Muradov arasında mübahisə düşüb. Elşən cibindən çıxardığı bıçaqla Elşadı qətlə yetirib.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə (120.1) maddəsi ilə cinayət işi başlanıb.

*****

Əldə etdiyimiz məlumata görə, qanlı hadisə baş verən zaman Elşən Cabbarov həyat yoldaşı ilə birlikdə olub. Elşad Muradovun avtobusda hərəkəti həyat yoldaşı ilə gedən Elşənin əsəblərinə toxunub. Elə bunun üstündə mübahisələri düşüb. Elşad cibindən bıçaq çıxararaq Elşəni vurmaq istəyib. Lakin Elşən cəld tərpənərək bıçağı alıb və onu öz bıçağı ilə vurub.

Anar Məmmədov
Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.