Hadisə, Kriminal

Ağdaşda faciəvi hadisə: əlində döyüş sursatı partladı, bədəni parça-parça oldu

15 Aprel 2011 19:40
Baxış: 514
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ağdaş Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 16:00 radələrində rayonun Orta Ləki kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Nəbiyev Nəbi Bədrəddin oğlu yaşadığı həyətdə ehtiyatsızlıq edərək naməlum odlu silahın döyüş sursatını çəkiclə vurub. Nəticədə döyüş sursatı partlayıb. Partlayışın gücündən N. Nəbiyevin bədəni bir neçə yerə parçalanıb. Döyüş sursatının hissələri maddi sübut kimi götürülüb.

Altı ay öncə ailə həyatı quran mərhumun valideynləri sursatın bir neçə gün öncə həyətdən tapıldığını bildiriblər.

Faktla bağlı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.