16:32
Bakıda baş verən yanğında ziyan dəyən avtomobillərin hamısı istismara yararsız olub.
Bu barədə APA-ya eksklüziv açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi, polis polkovniki Nuşirəvan Səfərov bildirib.
N. Səfərov qeyd edib ki, yanğın cərimə meydançasında baş verməyib: "Yanğın cərimə dayanacağından kənarda, istismara yararsız avtomobillərin saxlanıldığı ərazidə baş verib. Həmin maşınların saxlanıldığı ərazinin Bakı şəhər Dövlət Yol Polisi İdarəsinə aidiyyəti yoxdur, yanan maşınların heç biri də saz vəziyyətdə olmayıb. Həmin maşınlar 20 ilə yaxındır oradadır və istismara yararlı deyil. Mühafizə olunan dayanacaqdakı avtomobillərə isə ziyan dəyməyib".
N. Səfərov hazırda Fövqəladə Hallar Nazirliyi tərəfindən yanğının baş vermə səbəblərinin araşdırıldığını qeyd edib.
Qeyd edək ki, bu gün Nizami rayonunda yerləşən cərimə meydançasında yanğın baş verib. Güclü külək cərimə meydançası ərazisindən keçən yüksək gərginlikli elektrik xəttini qırıb. Elektrik xətti meydançada olan avtomobillərin üzərinə düşüb, nəticədə yanğın başlayıb. Yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb. Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
--------
15:43
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) Nizami rayonunda yerləşən cərimə meydançasında baş verən yanğın nəticəsində 1000 kvadratmetr ərazidə quru ot, 40-a yaxın avtomobil yanıb.
APA-nın verdiyi məlumata görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qərargah rəisi Əkbər Novruzov jurnalistlərə açıqlamasında deyib.
Yanan avtomobillərin bəziləri qəza uğramış, digərləri isə saz vəziyyətdə olub.
Yanğının söndürülməsi üçün əraziyə 10-a yaxın yanğınsöndürən maşın cəlb edilib. Yanğın söndürülüb.
Yanğının baş vermə səbəbləri araşdırılır.
Hadisə barədə FHN də məlumat yayıb. APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Nizami rayonunda avtomobillərin cərimə meydançasında müxtəlif markalı bir neçə avtomobil yanıb.
Ərazidə olan qalan avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 14:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Əlavə məlumat veriləcək.
Milli.Az
Hadisə, Kriminal
VTB-də yüksək depozit faizleri daha çox qazandırır
Bakıda cərimə meydançasında 40-a yaxın avtomobil yandı - YENİLƏNİB - FOTO
19 İyun 2013 16:51
0 Şərh
Baxış: 768

XƏBƏR LENTİ
-
Husilərə qarşı əməliyyatlarımız davam edəcək - Netanyahu
-
Messinin 8 qolu seçmə mərhələnin ən aşağı bombardir göstəricisidir
-
17 yaşlı qızının sevgilisini nümayiş etdirib, nişanlanacaqlarını dedi - VİDEO
-
Haaland 11:1-dən sonra "Araz-Naxçıvan"ın qapıçısına nə deyib?
-
Paşinyan: Azərbaycanla sərhəddə müasir texnologiyanın tətbiqi nəzərdə tutulur
-
Atıq dünyanın ən varlı adamı deyil
-
"Mənimlə olan adam yazıqdır"
-
Rusiya-Ukrayna cəbhəsində son 24 saatda nə baş verir?
-
Toydan qayıdan dörd nəfər ağır qəzaya düşdü
-
Paşinyan: ATƏT-in Minsk qrupu heç vaxt faydalı olmayıb
-
Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı
-
Azərbaycanda iki nazirlik birləşdiriləcək? - AÇIQLAMA
-
"Komedixana"nın aktyorunun oğlu Ramiz Novruz haqqında filmə ÇƏKİLİR - VİDEO
-
Avtomobillər toqquşaraq körpüdən aşdı - FOTO
-
Trampdan müharibə mesajı: Başlayırıq!
-
Azərbaycan səhiyyəsinə ağır itki - FOTO
-
“Qızı yoldaşımdan içki məclisində istəyiblər” - Nişanlanan yeniyetmənin anası - YENİLƏNİB - VİDEO
-
Türkiyədə koronavirusa yoluxma yenidən artdı - Xəbərdarlıq edildi
-
"Müharibə dayanmayacaq: Nə Rusiya danışıqlara hazırdır, nə də Ukrayna"
-
Birləşmiş Ştatlar sülh prosesində Azərbaycan və Ermənistana kömək etmək öhdəliyinə sadiqdir - FOTO
-
iPhone 17 Bakıda maşın qiymətinə satışa çıxdı - VİDEO
-
Bakıda pişiyin fantastik satış qiyməti - FOTO
-
Boksçumuz dünya çempionatında yarımfinala vəsiqə qazandı
-
Zəriflik və güc birlikdə: Azərbaycan bədii gimnastları III MDB Oyunlarına hazırlaşır - FOTO