Hadisə, Kriminal

Qumar borcu qətllə nəticələndi - VİDEO

6 Aprel 2022 16:30
0 Şərh     Baxış: 1 393
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bakıda ötən gün gecə saatlarında qumar borcu üstündə qətl hadisəsi törədilib.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Alı Mustafayev küçəsi 29 ünvanında olub.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, aprelin 4-ü saat 23 radələrində 40 yaşlı Bəhruz Quliyevin öldürülməsi barədə məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin tanışı, 37 yaşlı Rabil Qasımovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Bəhruz Quliyevə bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Hadisə şahidlərinin sözlərinə görə, qətlə yetirilən Bəhruz Quliyev avtoyuma məntəqələrindən birində işləyirmiş. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Rabil Qasımov hadisəni qumar borcu üstündə törədib. Bəhruz qumarda uduzduğu pulu qaytarmadığı üçün Rabil onu bıçaqlayıb. İlkin ehtimal kimi elə mübahisənin də bu zəmində baş verdiyi bildirilir.

Polis əməkdaşları əməliyyatla Rabil Qasımovu elə gecə saatlarında şübhəli şəxs qismində tutaraq istintaqa cəlb ediblər.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə istintaq davam edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.