Hadisə, Kriminal

Keçmiş məhkum 4 kiloqram narkotiklə tutuldu

26 Mart 2022 17:37
0 Şərh     Baxış: 1 060
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Vaqif Əliyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 4 kiloqramdan artıq marixuana və 29 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb və V.Əliyevin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.