Hadisə, Kriminal

Azərbaycanlı tələbəni öldürənə 19 il iş verilib, anası narazıdır - FOTO

28 Dekabr 2021 14:48
0 Şərh     Baxış: 2 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, 2020-ci ilin yayında Rusiyanın Volqoqrad şəhərində 17 yaşlı azərbaycanlı Timur Qavrilov Vitaliy Vasilyev tərəfindən amansızcasına qətlə yetirilib. 2021-ci ilin oktyabrın 27-si Volqoqrad Vilayət Məhkəməsi V.Vasilyevi 19 il müddətə azadlıqdan məhrum edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, nə Timur Qavrilovun anası İrina Qavrilova, nə də Vitaliy Vasilyev məhkəmənin hökmü ilə razılaşıb. Bu səbəbdən də, İrina Qavrilova hökmdən apellyasiya şikayəti verib.

"Onu 19 il müddətinə azadlıqdan məhrum etdilər. O, bu 19 ilin 2 ilini artıq həbsxanada keçirib. Bu isə o deməkdir ki, o, 42 yaşında hələ cavan kişi olaraq həbsdən çıxacaq. O, azadlığa çıxacaq və uşaqları, insanları öldürməyə davam edəcək?!", - deyə İrina Qavrilova söyləyib.

Onun sözlərinə görə, bir il əvvəl olduğu kimi Vitaliy Vasilyevə ömürlük həbs cəzasının verilməsinə təkid etməyə davam edəcək. 

Həm İrina Qavrilovanın, həm də Vitaliy Vasilyevin şikayətinə iki aydan sonra Soçi Üçüncü Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, 2020-ci il iyunun 12-də Volqoqradda Tibb Universitetinin 17 yaşlı tələbəsi, əslən Azərbaycandan olan Timur Qavrilov vəhşicəsinə qətlə yetirilib. Ona yaşadığı yataqxananın yaxınlığında çoxsaylı bıçaq zərbələri endirilib. T.Qavrilovu qətlə yetirən Vitali Vasilyev sonradan Volqoqrad vilayətindən Smolenskə qaçıb və orada polis tərəfindən yaxalanıb. Timur Qavrilovun nəşi Azərbaycana gətirilərək doğulduğu Gəncə şəhərində dəfn edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.