Hadisə, Kriminal

Anasının pensiyasını almaq üçün meyiti aylarla evdə saxladı

9 Dekabr 2021 03:33
0 Şərh     Baxış: 1 428
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikanın Nyu-Hempşir ştatının Hillsboro şəhərinin sakini anasının cəsədini bir neçə ay evdə saxladığı və lazımi sosial müavinətləri aldığı bəlli olub.

Milli.Az xəbər verir ki, bu barədə KCBD məlumat yayıb. Qohumları qadını bir neçə aydır görmədiklərini dedikdən sonra polis 54 yaşlı Kimberli Hellerin anasının səhhətini yoxlamaq üçün onun evinə gedib. Təqaüdçü ilə yaşayan qızı hüquq-mühafizə orqanlarının əməkdaşlarını evə buraxmaqdan imtina edib, bundan sonra polis axtarış qərarı ilə geri dönüb. Polis amerikalı qadını həbs edib. Qadın meyiti təhqir etməkdə ittiham olunub. Müstəntiqlər Hellerin anasının təbii səbəblərdən öldüyünə inanırlar, lakin qadına ödənilməli olan ödənişlər onun hesabına daxil olmaqda davam edirdi.

Məhkəmə Heller işi üzrə yanvarda qərar verəcək.

Anar Əli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.