İrandan Azərbaycana narkotik keçirən dəstə saxlanıldı - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşlarının sayıqlığı nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitələrin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
DSX-dən Milli.Az-a verilən məlumata görə, Sərhəd Qoşunlarının "Horadiz" sərhəd dəstəsinin xidməti ərazisində Beyləqan rayonunun 2-ci Şahsevən kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına doğru 3 nəfər şəxsin hərəkəti sərhəd naryadı tərəfindən müşahidə edilmiş və həmin şəxslərə "dayan" əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Lakin sərhəd naryadının əmrinə tabe olmayan sərhəd pozucuları geriyə İran ərazisinə qaçıblar.
Həmin ərazidə axtarış tədbirləri keçirilib, axtarış tədbirlərinin nəticəsində kolluqların arasında gizlənən 1 nəfər şübhəli şəxs 4 ədəd bağlama ilə birlikdə saxlanılıb.
Bağlamalara baxış zamanı içərisində ümumi çəkisi 84 kq 660 qr narkotik vasitəyə oxşar maddələr (52 kq "tiryək"ə, 32 kq 650 qr "heroinə"ə, 10 qr "marixuana"ya və 120 ədəd "metadon-40" həbinə) aşkar olunub.
Saxlanılan şəxsin 1983-cü il təvəllüdlü Süleymanov Elşən Vaqif oğlu olması və əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə məhkum edilməsi müəyyənləşdirilib.
Cinayətkar qrupun digər üzvlərinin müəyyənləşdirilməsi istiqamətində keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində sərhədboyu ərazidə hərəkətdə olan "VAZ-2107" markalı 19-BE-007 dövlət nömrə qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi saxlanılıb.
Avtomobilin sürücüsü Beyləqan rayonun 1-ci Şahsevən kənd sakini 1956-cı il təvəllüdlü Orucov Gəncalı Əli oğlu və sərnişinlər Yevlax rayon sakinləri 1982-ci il təvəllüdlü Məmmədov Faiq Fərman oğlu və 1969-cu il təvəllüdlü Qorçuzadə İbrahim İsrail oğlu törətdikləri cinayət əməlini etiraf edərək əraziyə narkotik vasitə götürməyə gəldiklərini bildiriblər.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Coratda boşanmaq istəyən qadın qətlə yetirilib, əri şübhəli bilinir - Yenilənib (Foto)
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
“Roşka”nın 5 il həbsi tələb edildi
XƏBƏR LENTİ
-
Telefonun yaddaşı dolubsa, şəkilləri silməzdən əvvəl bu 5 tətbiqi nəzərdən keçirin
-
81 yaşlı Türkan Şorayın yeni görüntüsü gündəm oldu - (Foto)
-
Kəsiləndə qırmızı, başqa torpaqda düm-ağ olur: Pulla belə satın almaq mümkün deyil
-
Mənzillər istifadəyə verilsə də, binada qaz yoxdur - (Video)
-
Evin yuxarı başına qoyurlar, amma tək yarpağı belə zəhər saçır
-
Suqovuşanın işğaldan azad edilməsindən 6 il ötür
-
Günün qoroskopu: Sağlamlıq və maliyyə vəziyyətiniz sizin xeyrinizə olacaq
-
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı
-
31 yaşlı Şəhanənin qətlə yetirildiyi evdən görüntülər - şahidlər danışdı - (Video)
-
Masallıda dərs zamanı şagirdə nə olub? - (Video)
-
Mətanətin fərqli istedadı üzə çıxdı - (Video)
-
Aysel Bayramova vəzifəsini tərk etdi
-
Bakıda müəmmalı bina 26 ildir ki, satışa çıxarılmır - (Video)
-
Elza gəlinlərə səsləndi: “İki il qayınananızla qalın” - (Video)
-
Nəyi necə yeməliyik? - Sağlam qidalanmanın 10 QAYDASI
-
Naxçıvanda avtomobilin vurduğu piyada ölüb - (Foto)
-
Sabah Suraxanıda işıq olmayacaq
-
Çağlar Ertuğrulun ev qiymətinə olan saatı - (Foto)
-
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım
-
Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdindəki İşçi Qrupu Qarabağ Universitetində tələbə və inflüenserlərlə görüşüb - (Foto)
-
Tuba Büyüküstün qoltuqaltı tüklərinə görə tənqid edənlərə cavab verdi
-
Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar - (Foto/Video)
-
"Qabırğalarımı sındırtmaq istəyirəm" - Ayan Babakişiyeva
-
DTX-dən süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluqla bağlı növbəti xəbərdarlıq - (Video)





