Kriminal

Xaçmazda şok olay: Yetkinlik yaşına çatmayan qıza təcavüz edildi

11 Aprel 2020 14:14
4 Şərh     Baxış: 3 842
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xaçmaz rayonunda yetkinlik yaşına çatmayan qıza qarşı seksual xarakterli hərəkətlər edilib.

Milli.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Xaçmaz rayon sakini İlkin Babayev yetkinlik yaşına çatmayan bir qızla tanış olub.

Daha sonra o, həmin qıza qarşı seksual xarakterli hərəkətlər edib.

İstintaq orqanı tərəfindən İlkin Babayevin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

Xaçmaz rayon Məhkəməsinin qərarı ilə İlkin Babayevin barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində istintaq davam edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.