Baş Prokurorluq və DİN-dən Masallıdakı qətllə bağlı AÇIQLAMA
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Masallı rayonunda baş vermiş qətl hadisəsi ilə bağlı birgə açıqlama yayıblar.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin Mətbuat xidmətlərindən Milli.Az-a verilən məlumata görə, fevralın 26-da saat 13 radələrində Masallı rayonunun Təzəkənd kənd sakinləri 1999-cu il təvəllüdlü Alimə Nəbiyeva və qardaşı 1995-ci il təvəllüdlü Miralim Nəbiyevin evdə meyitlərinin aşkar olunması, onların anası 1977-ci il təvəllüdlü Zenfira Nəbiyevanın odlu silahdan açılmış atəş nəticəsində aldığı xəsarətlə xəstəxanaya yerləşdirilməsi, hadisə yerindən bir qədər aralıda isə 1988-ci il təvəllüdlü Sərvan Ağayevin odlu silah yaraları ilə aşkar olunması barədə daxil olan məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən olunmuşdur ki, həmin gün ailə-məişət münaqişəsi zəminində aralarında yaranmış mübahisə zamanı əvvəllər məhkum olunmuş Sərvan Ağayevin yaşadığı evdən cehiz əşyalarını götürmək məqsədi ilə ora gəlmiş keçmiş həyat yoldaşı Alimə Nəbiyeva, qaynanası Zemfira Nəbiyeva və qaynı Miralim Nəbiyevə ov tüfəngindən açdığı atəşlər nəticəsində Alimə və Miralim hadisə yerində ölmüş, Zenfira Nəbiyeva isə aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilmiş, hadisə yerindən təxminən 2 km kənarda isə Sərvan Ağayev odlu silahdan yetirilməyə xarakterik xəsarətlərlə aşkar edilərək rаyon mərkəzi xəstəxаnаsınа çаtdırılmışdır.
Hadisə yerinə baxış zamanı 2 ədəd nömrələri silinmiş ov tüfəngləri, xeyli sаydа patronlar və boş gilizlər aşkar edilərək götürülmüş, iş üzrə zəruri ekspertizalar təyin edilmiş, eləcə də digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə) və 29, 120.2.7-ci ( iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanmış, iş üzrə prokurorluq və polis əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılmış, müvafiq ekspertizalar təyin edilmişdir.
Hazırda cinayət işi üzrə bütün halların tam və hərtərəfli araşdırılması istiqamətində təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
XƏBƏR LENTİ
-
Masallıda şagird kimyəvi məhluldan xəsarət aldı: Araşdırma aparılır
-
Murad Axundov iki həftə sonra vəzifəsindən ayrıldı
-
Bu yol sabahdan bağlı olacaq
-
“STB” Pop qrupunun “Yaşayır İnsan” mahnısına çəkilmiş klipi təqdim olunub - (Video)
-
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet alışında yeni qayda tətbiq edilir
-
Göz quruluğunun səbəbi bəlli oldu
-
Daha bir toyda kütləvi zəhərlənmə olub
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu





