Kriminal

Qısqanc keçmiş ər azərbaycanlı qadını amansızlıqla qətlə yetirdi

16 Fevral 2020 17:12
3 Şərh     Baxış: 4 997
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Qardabani rayonunun azərbaycanlılar yaşayan Qaracalar kəndində kişi keçmiş həyat yoldaşını qətlə yetirib.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaqla müəyyən olunub ki, 1986-cı il təvəllüdlü şəxs qısqanclıq zəminində 1996-cı il təvəllüdlü keçmiş həyat yoldaşına evində soyuq silahla ölümcül xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Qadın aldığı yaralardan hadisə yerindəcə ölüb.

Qətli törədən şəxs hadisədən bir neçə saat sonra saxlanılıb. Polis onun cinayət əməlində istifadə etdiyi bıçağı maddi sübut kimi götürüb.

Faktla bağlı qəsdən adamöldürmə maddəsi üzrə cinayət işi açılıb.

Saxlanılan şəxsi 13 ildən 17 ilədək həbs cəzası gözləyir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.