Kriminal

Masallıda 16 yaşlı arvadını öldürən ər 3 aylıq həbs olundu

31 Yanvar 2020 13:00
14 Şərh     Baxış: 12 558
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Masallı Rayon Məhkəməsində 16 yaşlı gəlini öldürməkdə şübhəli bilinərək saxlanılan İman Məmmədovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının verdiyi təqdimata baxılıb.

Milli.Az xəbər verir ki, Masallı rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, təqdimat təmin edilib və məhkəmə İ.Məmmədovun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.

Qeyd edək ki, yanvarın 29-da Masallı rayonu, 2001-ci il təvəllüdlü Xoşçobanlı kənd sakini İ.Məmmədov 2 həftə əvvəl evləndiyi, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanı yaşadıqları evdə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əlləri ilə boğaraq öldürüb.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İ.Məmmədov cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.