Kriminal

Nazir müavini: "Ötən il 31 icra və probasiya məmuru cəzalandırılıb"

18 Yanvar 2020 18:00
0 Şərh     Baxış: 963
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən il Ədliyyə Nazirliyinin yerli icra və probasiya qurumlarının 31 nəfər əməkdaşı intizam məsuliyyətinə cəlb olunub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Ədliyyə nazirinin müavini Vilayət Zahirov deyib.

Nazir müavini bildirib ki, onlardan 5 nəfər ədliyyə orqanlarından xaric edilib: "O cümlədən 2 nəfər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilib.

Həmçinin, hər iki xidmətin fəaliyyət istiqamətləri üzrə qanunla müəyyən edilmiş vəzifələrin icrası, vətəndaşların və hüquqi şəxslərin müraciətlərinə məsuliyyətli və həssas yanaşılması, etik davranış qaydalarına dönmədən əməl olunması, ölkə başçısının müvafiq Sərəncamına əsasən "Könüllülər ili" elan edilmiş cari il ərzində gənc könüllülərin ədliyyə fəaliyyətinə geniş təşviq olunması ilə bağlı zəruri tapşırıqlar verilib".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.