Ötən ilin noyabrında Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən il noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti bu gün axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb. Hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Milli.Az