Kriminal

"Rıjiy Tofiq" Bakıda ələ keçdi - FOTO

3 Yanvar 2020 10:19
2 Şərh     Baxış: 11 383
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat və narkotik vasitə gəzdirən şəxsi saxlayıb.

DİN-dən Milli.Az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər dəfələrlə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş "Rıjiy Tofiq"adı ilə tanınan paytaxt sakini Tofik Paşayev tutulub.

Onun üzərinə baxış zamanı 1 ədəd "Makarov" konstruksiyalı atəşə yararlı tapança, 1 ədəd həmin silaha məxsus daraq, 5 ədəd patron və 1 büküm ümumi çəkisi 0, 529 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Faktla bağlı 43-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Binəqədi RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa aidiyyəti üzrə polis idarə, şöbə və bölmələrinə müraciət edə bilərlər. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.