Kriminal

Daşkəsən sakini Şəmkirdə qarət olundu

29 Dekabr 2019 18:39
1 Şərh     Baxış: 654
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şəmkir rayonunda vətəndaşa qarşı quldurluq edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə Şəmkir mərkəzi bazarının yaxınlığında baş verib.

Daşkəsən rayonu, Zinzahal kənd sakini, 1971-ci il təvəllüdlü Sadıqov Elxan Ələddin oğlu polisə müraciət edərək bildirib ki, Şəmkir rayon Mərkəzi bazarının arxasında naməlum şəxs ona qarşı quldurluq edərək bıçaqla hədələyib və üzərində olan 700 manatını alaraq hadisə yerindən uzaqlaşıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisəni törədən şəxs Şəmkir şəhəri, V.Xuluflu küçəsi, ev 67-də yaşayan, əvvəllər məhkum olunmuş, 1977-ci il təvəllüdlü Quliyev Ceyhun Sahib oğludur.

Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.