Kriminal

Evdə 13 kq narkotik, həyətdə isə 62 ədəd marixuana bitkisi aşkar edildi

17 Sentyabr 2016 13:52
1 Şərh     Baxış: 1 217
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İsmayıllı rayonunda narkotik bitkilərin qanunsuz olaraq əkilib-becərilməsi, hazırlanması, saxlanılması və satışı ilə məşğul olan şəxs saxlanılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində Mican kənd sakini, 1979-cu il təvəllüdlü Məmmədov Elnur Amil oğlunun yaşadığı evin həyətinə baxış keçirilib.
 
Polis əməkdaşları oradan 62 ədəd dibçəklərdə yetişdirilən marixuana, eləcə də evin otaqlarından 13 kq 230 qr qurudulmuş marixuana aşkar edilərək götürülüb.
 
Elnur Məmmədov tutularaq istintaqa təhvil verilib və barəsində cinayət işi açılıb.
 
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Sabirabad rayon sakini Sadiq Şıxəliyevin evindən isə 8 kiloqramdan artıq marixuana tapılıb.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Türkədi kənd sakini S.Şıxəliyev saxlanılıb.

Ona məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 118,750 kiloqram olan 81 ədəd çətənə kolu, evindən isə 8,010 kilorqam marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.