Kriminal

DİN hadisə ilə bağlı açıqlama yaydı: Bataqlıqda gizləniblərmiş - detallar - FOTO

20 May 2025 20:09
Baxış: 1 793
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şamaxı şəhərində quldurluq hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Məlumata əsasən naməlum şəxslər şəhər sakininə fiziki güc tətbiq edərək ona məxsus içərisində 10 kiloqramdan artıq qızıl-zinət əşyaları olan çantanı quldurluqla talayaraq hadisə yerindən yayınıblar.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan hadisənin 23 yaşlı Güloğlan Kərimov, 21 yaşlı Elcan Beydiyev və 18 yaşlı Qafur Baloğlanov tərəfindən törədildiyi müəyyən edilib.

Onların hadisə zamanı istifadə etdikləri avtomobilə Hacıqabul rayonu ərazisində yerləşən polis postunda "saxla" işarəsi verilsə də, həmin şəxslər buna məhəl qoymayaraq hərəkətlərini davam etdiriblər.

Daha sonra "izi" itirmək məqsədilə avtomobili tərk edərək Şirvan şəhərində bataqlıq ərazidə gizlənən dəstə üzvlərinin yeri müəyyən olunaraq tutulublar.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.