Bakıda qadınları aldadaraq Rusiyaya aparan qadın alverçisi yaxalanıb.Qadınları əxlaqsızlığa sövq edən qadın hüquq mühafizəçiləri tərəfindən tutulub
Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşları tərəfindən aparılıb.
Keçirilən əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Sima Nəsirova saxlanılıb.
Müəyyən olunub ki, Sima Nəsirova gəlir əldə etmək məqsədilə qadınları Rusiya Federasiyasına aparırmış. O, qadınları Rusiyada cinsi istismara məruz qoyub.
Faktla bağlı araşdırma aparılır.
Milli.Az





