Arzum bu halda azadlığa çıxa bilər
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bloqer İlduzə Hacıyevanın (Arzum) həbsi mediada və sosial şəbəkələrdə müzakirə olunmaqda davam edir.
Milli.Az xəbər verir ki, hazırda diqqətlər bu iş üzrə apellyasiya məhkəməsinə yönəlib.
Artıq bloqerin vəkilləri şikayətin hazırlanmasına başlayıb, iş üzrə əlavə dəlil və sübutlar toplayırlar.
İctimaiyyəti maraqlandıran əsas suallardan biri isə budur: Arzumun təqsirliliyi yuxarı instansiya məhkəmələri tərəfindən də təsdiqlənərsə, o, real cəza çəkmədən azadlıqda qala bilərmi?
Tanınmış vəkil Orxan Zeynalovun sözlərinə görə, apellyasiya instansiyası hökmü qüvvədə saxlasa belə, məhkəmə məhkumun himayəsində ikisi azyaşlı olmaqla 4 uşağının olmasını, onlardan birinin autizmli olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirə bilər. Bu halda Cinayət Məcəlləsinin 70-ci maddəsi (şərti məhkum etmə) tətbiq olunaraq 5 il 2 aylıq həbs cəzası şərti cəza ilə əvəz edilə bilər.
Bundan başqa, apellyasiya məhkəməsi məhkumun himayəsində 14 yaşına çatmayan uşaqlarının olmasını nəzərə alaraq, AR CM-nin 79-cu maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsini təxirə sala bilər.
Vəkil Arzumun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsi ilə bağlı deyir ki, Arzum təkcə Cinayət Məcəlləsinin 263.2-ci (ehtiyatsızlıqdan ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətmə) maddəsi ilə deyil, həm də 264-cü (yol-nəqliyyat hadisəsi yerini tərk etmə) maddəsi ilə təqsirli bilinib. Sonuncu maddə qəsdən törədilən cinayətlərə aid olduğundan onun məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi yalnız o halda mümkündür ki, şəxsə AR CM-in 264-cü maddəsi ilə azadlıqdan məhrumetmə cəzası deyil, azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
Bəs hökm dəyişdirilmədən qanuni qüvvəyə minərsə, Arzum ən tez nə vaxt azadlığa çıxa bilər?
"Belə olan halda məhkumun Ali Məhkəməyə kassasiya şikayəti vermək hüququ qalır. Ali Məhkəmə də hökmü qüvvədə saxlayarsa, Arzum cəzasının yarısını - təxminən 2 il 7 ay hissəsini həbsdə çəkdikdən sonra vaxtından əvvəl cəzadan şərti olaraq azad edilməsi üçün məhkəməyə müraciət edə bilər. Bundan başqa, gələcəkdə qəbul ediləcək əfv sərəncamı və ya amnistiya aktı da ona şamil oluna bilər", - Orxan Zeynalov qeyd edib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası
-
"Eşref tek"də yeni sima - (Foto)
-
Prezident İlham Əliyev Türkiyəyə səfərə gedib - (Foto)
-
Ebru Gündeşin 7 milyonluq saatı - (Foto)
-
Şostakoviçdən “Şəhrizad”a: Maksim Vengerov və Fuad İbrahimov Bakıda BIAF-ın möhtəşəm konsertlə başa çatan ikinci mövsümünə imza atıblar - (Foto)
-
Simone İnzaqi 26 milyon avroluq maaşdan imtina etdi
-
Gömrük Komitəsinin milyonluq tenderinin qalibi olan şirkət bağlandı
-
Fitnəkar şeyx qardaşlığa qarşı: kimdir bu Feyzullah Konyəvi?
-
Bu şəxslər kredit götürənlərə zamin dura bilməyəcək
-
Nəvəsinin andiçməsinə gedən 84 yaşlı kişi itkin düşüb
-
Bolqarıstanda matəm elan edildi
-
Milli Dram Teatrında 44 günlük Vətən müharibəsində tarixi qələbənin ildönümü münasibətilə "Qarabağnamə" tamaşası nümayiş olunub - (Foto)
-
Gürcüstan 91 əcnəbini deportasiya edib
-
“Muzeydə kino” layihəsi çərçivəsində “Layla” (Lullaby) adlıbədii filmi nümayiş olunub - (Foto)
-
Bu dərmanlar görmə itkisinə səbəb ola bilər
-
Gənc Tamaşaçılar Teatrında 8 Noyabr- Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub - (Foto)
-
Dünyaya ən çox ərzaq satan 11 ölkə açıqlandı
-
Zəfər Günününə həsr olunmuş Filarmoniyada təntənəli konsert keçirilib - (Foto)
-
Aslan Fətullayev vəfat etdi - (Foto)
-
Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq
-
Qubada 30 yaşlı kişi dəm qazından boğularaq öldü
-
Hava şəraiti ilə bağlı xəbərdarlıq





