Çobanlar yarım milyonluq heyvanları necə oğurladı? - Detalları AÇIQLANDI
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Azərbaycanda çobanlar fermanın yarım milyon manatdan çox dəyəri olan heyvanlarını sahibkardan xəbərsiz satıblar. Oğurluq hadisəsi Sumqayıt və Salyanda yerləşən 2 fermada baş verib.
Milli.Az-ın məlumatına görə, fermanın sahiblərindan Firdovsi Baxışov hadisənin detalları barədə "Xəzərxəbər"ə danışıb.
F. Baxışov deyib ki, 2 il əvvəl Kəmaləddin Hüseynov və Ceyhun Əskərov çobanlıq etdikləri fermadan yarım milyon manatdan çox dəyəri olan xırda və iribuynuzlu heyvanları oğurlayıblar.
Çobanlar işçiləri aldadaraq, heyvanları guya sahibkarın tapşırığı ilə apardıqlarını deyiblər: "Fevral ayı idi, işə gəldim, gördüm ki, qapı açıqdır. Mən hər gün qapını bağlayıb gedirəm. Qapının niyə açıq olması ilə maraqlananda isə öyrəndim ki, Kəmaləddin gecə heyvanları aparıb. Dedilər ki, Adildən icazə alıb. Zəng etdim Adil müəllimə, o da dedi ki, bu məsələdən xəbəri yoxdur. Baxdıq ki, buradan 8 baş heyvan aparıb. Zəng etdik Kəmaləddinə zəng çatmadı".
Bundan sonra hadisədən şübhələnən sahibkarlar Salyandakı daha çox sürünün olduğu fermaya gediblər. Məlum olub ki, burada olan bütün heyvanlar da oğurlanıb. Çobanlar əməllərinin izini itirmək üçün isə fermadakı kameraları sıradan çıxarıblar:
"Kəmaləddini axtardıq, bizə cavab vermədi. Axşam saatlarında bizim zənglərə cavab verdi və dedi ki, pulum yoxdur. "Pulu nə etmisən?" deyə soruşanda da cavab vermədi və telefonu söndürdü. Heyvanlara nəzarəti Ceyhuna həvalə etmişdik. Ceyhun özünü elə aparırdı ki, guya heç nədən xəbəri yoxdur. Amma sonradan istintaqla məlum oldu ki, heyvanlar elə Ceyhunun əli ilə aparılıb. Onun bir neçə qohumu da burada çalışırdı və biz onlara əməkhaqqı ödəyirdik. Qardaşı Möhəbbət söz vermişdi ki, heyvanlar qayıdacaq. Amma biz yenə də Salyanda polisə müraciət etdik".
Çobanlar fermada və fərdi həyətlərdə tikilmiş tövlələrdə saxlanılan ümumilikdə 1377 baş heyvanı sataraq 586 min manatdan çox pulu mənimsəyiblər. Satdıqlari 44 baş müxtəlifcinsli mal, 330 baş keçi, 75 baş çəpiş, 660 baş qoyun, 230 baş quzu, 4 at olub. Bunlardan sadəcə 4 at saxlanıldıqları yerdən tapılaraq geri qaytarılıb.
Sahibkar deyib ki, bu heyvanları bazarda satsalar, milyondan yuxarı qazanc əldə edərdilər. Hazırda onların istəyi dəyən ziyanın ödənilməsidir.
Şikayət əsasında Kəmaləddin və Ceyhun xüsusilə külli miqdarda mənimsəmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunublar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Təqsirləri sübuta yetirilərsə, çobanları 14 ilədək həbs cəzası gözləyir.
Hazırda Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Azərbaycanlı şoumen evlənir - FOTO
-
Üzüm yarpağı quru halda bankaya necə qoyulur?
-
Xalq artisti ağladı: “Səhər durub görəcəyəm ki, qızım…” - VİDEO
-
Binalar çökmə riski ilə üz-üzə: Şəhərlərin altındakı gizli təhlükə
-
Putinlə Tramp arasında telefon danışığı olub
-
"Atletiko Madrid" - "Arsenal" oyunu təxirə salına bilər
-
Azərbaycanda nəqliyyat vasitələrinin qeydiyyatı ilə bağlı yenilik
-
“Nəğmə olmaq istəyirəm” adlı konsert təqdim olunub - FOTO
-
Mir Cəlal Paşayevin doğum gününə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib - FOTO
-
Mavi gözlülərin sirri: Hamısı tək bir adamın nəslindəndir
-
Bəzi ərazilərdə qaz kəsiləcək
-
Akademik Opera və Balet Teatrı qanvermə aksiyası keçirdib - VİDEO - FOTO
-
Əməkdar artist Ədalət Vəzirovun 75 illik yubileyinə həsr olunmuş gecə keçirilib - FOTO
-
Sobada kartofa hansı ədviyyatlar yaraşır?
-
Azərbaycan elminə ağır itki - FOTO
-
"Teşkilat"la bağlı dəyişiklik
-
ABŞ-nin İrana qarşı hərbi əməliyyata çəkdiyi xərc açıqlandı
-
55 yaşlı məşhur ana olacaq
-
Anar Əliyev ona nazirlikdə yüksək vəzifə verdi
-
Şahin Mustafayevin korteji Ağverəni belə tərk etdi - VİDEO
-
ADNSU və Vorvik Universitetinin birgə ikili diplom proqramının ilk məzun buraxılışı keçirilib - FOTO
-
Dumana görə görünüş məsafəsi məhdudlaşacaq - Xəbərdarlıq
-
İki möhtəşəm iyun gecəsi - “Ocaq” Müasir Sənət Mərkəzi “Bakı gecələri” layihəsini təqdim edəcək - VIDEO
-
Şəhərə dünyanın 13-cü ən yüksək binası gəlir: İçindən metro keçəcək





