Elçin Təhməzov Bosniya və Herseqovinada tutularaq Azərbaycana təhvil verildi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ədliyyə Nazirliyi tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş, cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq ölkəmizə gətirilməsi istiqamətində səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.
Bu barədə Milli.Az-a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirlir ki, iyulun 4-də İnterpolun Azərbaycan Respublikasındakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfərin nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyata keçirilib.
Belə ki, bir sıra şəxslərlə qabaqcadan əlbir olub quldurluq edərək (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi) zərərçəkmiş şəxsə məxsus 120.000 manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham edilmiş Azərbaycan Respublikasının vətəndaşı Təhməzov Elçin Bayram oğlunun yeri Bosniya və Herseqovinada müəyyən olunaraq həbs edilib. Bu cinayət işi üzrə digər təqsirləndirilən şəxslərdən biri - Ramil Məmmədov artıq 13 iyun 2025-ci il tarixində Bosniya və Herseqovinadan ölkəmizə gətirilərək istintaq orqanına təhvil verilib.
Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunub, habelə işçi danışıqlar aparılıb. Nəticədə həmin şəxslərin ölkəmizə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.
Elçin Təhməzov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən Sarayevo şəhərindən ölkəmizə gətirilib və məhkəmənin həbs qərarına əsasən Penitensiar xidmətin müvafiq istintaq təcridxanasına yerləşdirilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Konfrans Liqası: "Trabzonspor" öz meydanında uduzdu
-
Abşeronda partlayış: Yaralananlar var - (Foto)
-
Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq
-
Fatma Betül Sayan Kaya həbs olundu
-
Gənc iş adamı toyda qəfil öldü - (Foto)
-
Bu ərazimizə 15 sm qar yağdı - (Fotolar)
-
Avropa Liqası: Kamilo Duran "Beşiktaş"ı xalsız qoydu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
-
Ülviyyə Rəhimova: “Uşaq dünyaya gətirəndə ölümlə üz-üzə idim” - (Foto)
-
Ailəlikcə izləyə biləcəyiniz 5 maraqlı film
-
4 bürc üçün böyük pul günü
-
Bir dilim kifayət etməz: Yunan mətbəxinin məşhur portağallı şirniyyatı – Portokalopita
-
Klozetin içinə 1 ədəd su şüşəsi qoyun, fərqi görün
-
Pomidor şirəsinin çoxlarının bilmədiyi təhlükəli xüsusiyyətləri
-
Bu meyvələri yanaşı qoymayın, çürüməni tezləşdirir
-
“Qadın evlidir, amma başqasını sevir“ - İradə İbrahimova
-
Türkiyədə aktyorların qonorarı azaldıla bilər
-
Günün qoroskopu: Enerjiniz və ünsiyyət bacarıqlarınız zirvədədir
-
Klinikanın qarşısındakı qəzanın anbaan (Videosu)
-
"İrəvana risk edib getmişdim" - Azərbaycanlı bloger
-
“Perihan”ın son halı - (Foto)
-
Sabah Bakının bəzi ərazilərində işıq olmayacaq
-
Fidan Hacıyeva Parisdə Azərbaycanın Zəfər Gününə həsr olunmuş möhtəşəm konsert haqqında danışıb - (Foto)
-
Mingəçevirdə 21 yaşlı gənc qonşusunu bıçaqlamaqda şübhəli bilinir





