Ağstafada qətl hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü F. Musayeva yaşadığı evdə kəsici alətlə qətlə yetirilib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır. /APA
Milli.Az