Keçmiş rəisin cəzası ağırlaşdırıldı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov barəsində olan hökmdən verilən apellyasiya protesti üzrə məhkəmə prosesi yekunlaşıb.
Milli.Az xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib. O, çıxışında protesti əsassız adlandırıb: "Müvəkkilim mənimsədiyi pulu dövlət büdcəsinə tam ödəyib. İşlədiyi müddət ərzində dövlət büdcəsinə ümumilikdə 25 milyon 436 min manat ziyan dəyib. Pullar bölgü əsasında paylanılıb. Nəcməddin Sadıkov dindirilmədi. Onun əməllərinə görə indi bu şəxslər məhkəmədə cavab verir".
Həmçinin o, qeyd edib ki, müvəkkilinə 542 min 438 manat çatıb: "Bu məbləğ cinayət işi üzrə müəyyənləşdirilib və həmin pul tam olaraq dövlətə ödənilib".
Təqsirləndirilən şəxs son sözündə məhkəmədən ədalətli qərar gözlədiyini bildirib. Məhkəmə müşavirə edib. Müşavirədə qərar qəbul olunub.
Qərara əsasən, apellyasiya protesti qismən təmin olunub. Bakı Hərbi Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxs 6 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin qərarına əsasən, Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi. Prokurorluq hökmdən apellyasiya protesti verib.
Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.
2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. /APA
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Dələduzluğa görə tutulan 74 yaşlı qadının Fotosu
-
Məşhur modelin başı qazandan, ayaqları soyuducudan tapıldı – Yeni detallar - (Foto)
-
ADNSU-da 24 il əvvəl törədilən cinayətin üstü açıldı
-
Tanınmış xanəndənin əri həbs olundu
-
Elmir Nuriyev Azərbaycana təhvil verildi
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Xərclərinizdə ölçülü olmağınız məsləhətdir
-
Gürcüstanda azərbaycanlı iki qardaş qətlə yetirilib - təfərrüat - (Video)
-
Vernidub qələbələrin sirrini açıqladı
-
Toral Bayramov Türkiyədə avtoqol vurdu - (Video)
-
Yeraltı dayanacaqdan çıxarkən qadını vurub öldürdü - Yüksək vəzifədə çalışıb - Yenilənib - (Video)
-
Dəmir yolu ətrafında sökülən obyektlərin sahibləri narazılıq edirlər - (Video)
-
QHT Əməkdaşlıq Forumu iştirakçıları Prezident İlham Əliyevə müraciət edib
-
“Neftçi” doğma meydanda “Kəpəz”i məğlub edib
-
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
-
Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
-
Bakıda internet kabeli çəkən usta 36 bıçaq zərbəsi ilə öldürüldü
-
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir
-
"Omid"in rəhbərinin mağaza müdirini döyməsinin görüntüləri - Yenilənib - (Video)
-
Prezident İlham Əliyev Cahangirbəyli və Soltanlı kəndlərinə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib - (Foto)
-
Dövlət qərarlarının ikinci imzası: ictimai etimad
-
Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Soltanlı və Cahangirbəyli kəndlərinin sakinləri ilə səmimi söhbəti - (Foto)
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması





