Kriminal

Dayısının milyondan çox pulunu ələ keçirdiyinə görə həbs edilmişdi - GÖZLƏNİLMƏZ QƏRAR

21 Noyabr 2023 23:10
Baxış: 1 082

Dayısını aldadıb 1 milyondan çox pulunu ələ keçirməkdə təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmiş Orxan Məhərrəmovun şikayəti təmin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi cinayət işini hərtərəfli araşdırdıqdan sonra müttəhimin günahsız olduğu qənaətinə gəlib.

Elbəy Allahverdiyevin sədrlik etdiyi hakimlər heyətinin qərarı ilə O.Məhərrəmova bəraət verilib. O, məhkəmə zalından birbaşa azadlığa buraxılıb.

Qeyd edək ki, Orxan Məhərrəmov dayısı Amil Əliyevin 1 milyon 400 min manat pulunu dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə  təqsirli bilinərək 6 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2023 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics