Kriminal

“Sonanın kafesi” adlı əxlaqsızlıq yuvası açdı, cəzalandırıldı

10 İyul 2023 23:00
Baxış: 2 486
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Sabunçu qəsəbəsi ərazisində yerləşən "Sonanın kafesi" adlanan iaşə obyektində əxlaqsızlıq yuvası yaradan Sona Cumayeva məhkəmə qarşısına çıxarılıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 54 yaşlı qadın Sabunçu Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirləndirilib. Məhkəmənin hökmü ilə o, qazancının 15 faizi dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib.

Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Sabunçu RPİ-nin yaxınlığında "Sonanın kafesi" adlı əxlaqsızlıq yuvasının fəaliyyət göstərməsi barədə məlumatlar yayılmışdı. Bildirilmişdi ki, kafeni işlədən qadın məşhur bağlanan "Pəhləvanlar" və bir neçə bu kimi obyektlərin icarədarıdır.

Bundan sonra polis əməkdaşları kafe ilə bağlı tədbirlər görüb və S.Cumayeva barəsində cinayət işi başlanılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.