Zori Balayan Bakıda partlayışı bu cür təşkil etmişdi...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilmişdir.
Milli.Az kult.az-a istinadən xəbər verir ki, bu barədə tarixçi alim, dosent Zaur Əliyev xatırlatma yayıb.
"Müəyyən olunmuşdur ki, "Sadval" separatçı təşkilatının həmin fəalları 1992-ci ildən etibarən dəfələrlə Ermənistanda olmuş, bu ölkənin Milli Təhlükəsizlik Baş İdarəsi təşkilatın formalaşmasında, maliyyələşməsində və silahlanmasında yaxından iştirak etmişdir. 1992-ci ilin aprel-may aylarında 30 nəfər "Sadval" üzvü Ermənistanın Nairi rayonunun Lusakert qəsəbəsində yerləşən təlim-məşq bazasında xüsusi terror-təxribat hazırlığı keçmişdir. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı, Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırmışlar.
"20 Yanvar" metro stansiyasında partlayışın törədilməsində ittiham olunan və Ermənistanda xüsusi terror-təxribat hazırlığı keçmiş 30 sadvalçı cinayət məsuliyyətinə cəlb edilmişdir.
Terror aksiyası Azərbaycan Respublikasının vətəndaşı, Dağlıq Qarabağ uğrunda gedən döyüşlər zamanı - 13 yanvar 1994-cü ildə əsir düşmüş və Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilmiş Aslanov Azər Salman oğlu tərəfindən törədilmişdir. O, 1997-ci ilin 29 noyabrında Azərbaycana ekstradisiya edilir. Həbs edilən Azər Aslanov terror aktı ilə bağlı etiraflar edir. O bildirir ki, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb", - o qeyd edib.
Azəri Samvel Babayanın otağında təlimatlandırılıb, onun təlimatlandıranlardan biri də Mkrtıçyan idi.
"Məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdur ki, 14 yanvar 1994-cü ildə Zori Balayan hərbi əsir Azər Aslanovla görüşmüş, azərbaycanlılara qarşı mübarizədə bütün azsaylı xalqların birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirmişdir. 9 iyun 1994-cü ildə Ermənistan xüsusi xidmət orqanlarının Artur adlı əməkdaşı A.Aslanovun Bakıdakı mənzilinə zəng vuraraq onun sağ olduğunu bildirmiş və azad olunması üçün yaxın qohumlarından birinin İrəvan şəhərinə gəlməsinin zəruriliyini qeyd etmişdir. 16 iyun 1994-cü il tarixində A.Aslanovun anası Tacibat Aslanova İrəvana getmişdir. Azər Aslanova anasının həyatının təhlükə altında olduğu bildirilmiş, bu təhdidlər altında o, Ermənistan xüsusi xidmət orqanları ilə "Ömər-75" təxəllüsü ilə daimi əməkdaşlığa cəlb edilmişdir. Azərbaycana maneəsiz gəlməsi üçün Azər Aslanovun adına saxta sənədlər hazırlanmış, partlayıcı maddə isə müvafiq qaydada peçenye, şokolad və dezodarant qutularında gizlədilmişdir. A.Aslanov "İrəvanvan-Mineralnıye Vodı-Bakı"marşrutu ilə Azərbaycana gələrək, 3 iyul 1994-cü ildə Bakı metrosunun "28 May" və "Gənclik" stansiyası arasında qatarda terror aktını həyata keçirmiş və yenidən Ermənistana qayıtmışdır.
1994-cü ildə Bakı metropolitenində baş vermiş terror aktlarının təlimatçıları - (martın 19-u "20 Yanvar" metro stansiyasında və ikincisi iyulun 3-ü "28 May" və "Gənclik" stansiyalarının arasında) Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları, polkovnik Karen Baqdasaryan və kapitan Seyran Sərkisyan olmuşlar. Terror aktının planı isə Zori Balayana məxsus idi. Bu hadisədən sonra dostları ilə məclis keçirən Zori Balayan çaxır stəkanın qaldıraraq tost deyir: "Bakıda partlayış zamanı sanki mən azərbaycanlı meyitlərinin üstüylə gəzirdim. Gün olsun bütün azərbaycanlıların meyidi üzərində gəzək".
Və bu gün Zori Balayan sağdır", - Z.Əliyev bildirib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Bakıda gecə klubunun qarşısındakı qətlin şahidi danışdı
-
Məsciddən və “Dəniz Mall”un namaz otağından oğurluq edən “Hacı” tutuldu
-
Bakıda 40 yaşlı qadın öldürüldü - Əri saxlanıldı
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
Xəyal Əli-Zadə Vüsalın qətlinə görə 10 min veribmiş
-
Bakıda öldürülən qadının meyiti Qusarda meşədən tapıldı - (Video)
XƏBƏR LENTİ
-
Bakının ən bahalı ünvanları: qiymətlər
-
Əməkdar artist Arzu Əliyevanın yeni işi
-
Ronaldudan sonra Portuqaliyanın yeni "7 nömrə"si - (Foto)
-
«Bulqakovun musiqi dünyası» adlı teatrlaşdırılmış konsert keçirilib - (Foto)
-
Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar
-
Azərbaycan - Lixtenşteyn: Heyətlər açıqlandı
-
Afra Saraçoğlu narkotik testinin nəticəsi ilə bağlı açıqlama verib
-
Hərbi hissəni özbaşına tərk etmiş Azərbaycan hərbçisi Ermənistan ərazisində saxlanılıb – Baş Prokurorluq
-
Bərdədə qəza zamanı xəsarət alanların kimliyi məlum olub - Yenilənib (Foto)
-
Kürdəmirdə 92 nəfərin zəhərləndiyi restoran bağlandı - (Foto)
-
Bakıda xalq artistinin oğlu döyülüb, çənəsi sındırılıb - (Foto)
-
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı
-
Ağstafada müəllimlər arasında dava: "Məni telefonla çəkirdi" - (Yenilənib)
-
Hacıqabulda qəza - 4 nəfər xəsarət alıb
-
Gəncədə 5 şagird zəhərlənib, məktəbin bufeti bağlanıb - (Yenilənib)
-
Bu deputatın mandatı ləğv edildi - (Foto)
-
Eldəniz Məmmədov magistraturaya qəbul oldu
-
Payızda bu qaydalar saçlarınızı qoruya bilər
-
Bakıda şadlıq sarayında istehlaka yararsız ətlər tapıldı
-
6667 hektar ərazi minalardan təmizləndi
-
Bülbül prospektinin daha bir hissəsində mikromobillik zolağı təşkil olunub
-
AZAL bu il donanmasına 5-ci təyyarəni əlavə edib
-
Türkiyədə kömür mədənində uçqun: 5 işçi dağıntılar altında qalıb
-
Tbilisiyə qatar bileti ucuzlaşdı - Bu tarixdən





